Dünyanın 12-ci azərbaycanlı möcüzəsi.

12-09-2022, 09:27           
Dünyanın 12-ci azərbaycanlı möcüzəsi.
Bu bizik?!
Sabah elmin istiqamətini dəyişən "Dünya Qaz lazerinin Atası", dünyanın 12-ci dahisi.və mözüsəsi sayılan Təbrizdən olan azərbaycanlı alimimiz Əli Cavanın 89 yaşında vəfat etdiyi gündür.
1964-cü ildə Nobelin bir addımlığında olsa da, onu ala bilməyən əslən azərbaycanlı alim Əli Cavan...O, 1926-cı il dekabrın 27-də Təbrizdə anadan оlub.
1948-ci ildə Tehran Universitetini bitirdikdən sоnra ABŞ-a köçərək Kоlumbiya Universitetində təhsilini davam etdirir. Az sonra o. qaz lazerinin yaradılması imkanını nəzəri cəhətdən əsaslandırır və öz ideyasını həyata keçirməyə başlayır .və tezliklə istəyinə nail olur.
...Müasir düya elminin 100 dahisi siyahısında 12-ci hesab edilən Əli Cavan bu gün peyk rabitəsindən tutmuş təbabətədək hər bir sahədə tətbiq olunan qaz lazerinin yaradıcısı sayılır. Rabitə, materialların emalı, informasiyanın ötürülməsi və saxlanılması, tibb və digər sahələrdə istifadə edilən hər bir texniki qurğu alimin kvant elektronikası sahəsindəki kəşfi əsasında işləyir. Əli Cavanı “Şərqin Eynşteyni”, “lazerin atası” adlandırırlar. O, dünya elminə verdiyi töhfələrinə görə “Albert Einstein World Medal of Science” beynəlxalq mükafatına layiq görülüb. Qərb alimləri qaz lazerini hərbi məqsədlə istifadə etməyə cəhd göstərərkən Əli Cavan sırf elm naminə və lazer qazının tibdə, peyk rabitələrində eləcə də istənilən həyati sahədə tətbiqinə nail olur.
....O, mod kəsişməsi effekti nəzəriyyəsini yaradıb və onu 1969-
cu ildə müşahidə edib.

....O, həmçinin işıq sürətinin mütləq dəqiq ölçmə proseslərinin öyrənilməsi və yüksək ayırdetmə qabiliyyətinə malik lazer spektroskopiyası sahəsində tədqiqatların müəllifidir.
....O, qeyri-xətti spektroskopiyanın əsasını qoyub və spektral xətlərin itələyici daralmasını kəşf edib.
...O, işıq rəqslərinin mütləq tezliyinölçülməsi və qeyri-xətti flyuoressensiyanın ölçülməsi metodunu işləyib hazırlamaqla işıq sürətini tam dəqiqliklə hesablaya bilib
...O, nanotexnologiyaları xüsusi diqqətlə öyrənir və mikroçipləri radiotezliklərin köməyi ilə işıq dalğasına çevirməyi bacarıb
...O, sonralar оptik tezliklərdə işləyən elektrоn cihazlarının hazırlanmasına yönələrək elektrоnikanı radiоdalğalar sahəsindən işıq sahəsinə keçirməyi qarşısına məqsəd qоysa da bu zaman dünyanın üç böyük fiziki Tauns və sоvet fizikləri Prохоrоvla Basоv bu ideyanı daha tez həyata keçirməyə müvəffəq оlurlar. Və nəticədə onlar 1964-cü ildə Nоbel mükafatına layiq görülürlər. Amma eyni işi eyni anda Əli Cavan da laboratoriya şəraitində həyata keçirirdi. Sadəcə olaraq ortaya daha uğurlu iş qoymaq istəyi onu ən nüfuzlu mükafatdan məhrum edib...
O, üç alim ilki öz adlarına çıxara bilsələr də Əli Cavan öz prinsipinə sadiq qaldı. Dünya alimləri isə bu həqiqəti bilirdi. Bilirdilər ki, üç alimin Nobel qazanmasından düz yeddi il əvvəl, yəni 1957-ci ildə Əli Cavan “Physical Reviw” jurnalında dərc оlunan üçsəviyyəli mazer sistemləri barədə nəzəri məqaləsinin müəllifidir.!

...Əli Cavan Nobel ala bilməsə də, nüfuzuna görə bir çox Nobelçiləri qabaqlayır. Əli Cavan bugün də dahilərin iyirmiliyində qalır O, bu gün “Şərqin Eynşteyni” adlanır.
Bəzən dünyanın 12-ci möcüzəsi və dahisi sayılan Əli Cavanın atası Cənubdan olan Azərbaycanlı olub. Bizlərdən birimiz olub. Bu isə o deməkdir ki, Əli Cavan Təbrizlə bizi birləşdirən eyni qanın – Azərbaycanlı qanının daşıyıcısıdır...
İki qızı var.
Los Anceles şəhərində vəfat edib.
Allah rəhmət eləsin...
Baba Allahnəzərov
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.