Türk Qacar Elxanı Ağa Məhəmməd şah

15-11-2022, 20:36           
Türk Qacar Elxanı Ağa Məhəmməd şah
Ağa Məhəmməd şahın xələflərinə qoyub getdiyi və onlar tərəfindən mühafizə edilən bir miras vardı - bu, ailədə Qacar qanının qorunması idi. Belə ki, Qacar taxtına çıxacaq şahzadələrin anası mütləq qaydada türkəsilli olmalıydı. Məsələ burasındadır ki, Ağa Məhəmməd şah qədim türk və monqol ənənələrinə hədsiz heyranlıq bəsləyirdi. Elə ona görə də Səlcuqlu və Elxanlı dövrünün idarəçilik ənənələrini diriltmişdi. Məhz bu səbəbdən Mirzə Əli xan Ağa Məhəmməd şah Qacarın hakimiyyət illərini "Hülakü xan zamanına" oxşatmışdı. 1802-ci ildən etibarən əyalətlərin rəhbərliyinə qacar şahzadələrinin gətirilməsi Səlcuqlu dövrünə xas olan atabəylik sistemini xatırladırdı. Şahzadələrin getdikləri bölgələrdə türkcə danışması isə türk olmayan yerli idarəçilərin və din adamlarının, eləcə də sadə əhalinin türkcə öyrənməsinə və danışmasına şərait yaradırdı. Yeri gəlmişkən, onu da deyək ki, həmin dövrdə qeyri-türklərin türk dilini öyrənməsi üçün çox sayda kitab yazılmışdı. Qacarlar türk dilinin inkişafında müstəsna rol oynayıblar. Zərb-məsəllər, atalar sözləri ilk dəfə bu dövrdə toplanıb qələmə alınmışdır. Eyni zamanda çox sayda lüğətlər, divanlar, dərsliklər çap edilmişdi. "Ana dili" adlı ilk türkcə oxu kitabları da məhz Qacarlar dövrünün məhsuludur.
Əkbər Nəcəf, Ağa Məhəmməd şah Qacar. səh 165-167
Elbrus Vahidov
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.