Ağa Məhəmməd şahın xacəliyi
26-11-2022, 09:08
Ağa Məhəmməd atası öldürülüb anası Ceyran xanım da əsir alınarkən Azərbaycanda idi. 18 yaşı vardı və Azərbaycan əyalətinin hakimi idi. Qətl xəbərini eşidincə qacarlardan və yomutlardan ibarət 4 minlik ordu toplamış, Kərim xan Zəndin üstünə yerimişdi.
Nəticədə 1762-ci ildə Ağa Məhəmmədin qoşunu ilə zəndlər arasında ağır döyüş baş vermiş, bu döyüşdə ətrafındakı 500 nəfərlik dəstə ilə mühasirəyə düşmüşdü. Mühasirəni yarmaq üçün böyük bir cəsarət nümunəsi göstərən Ağa Məhəmməd biri qasığından olmaqla, 9 yerdən qılınc zərbəsi almışdı. Lakin sonda istəyinə nail ola bilmiş, mühasirəni yararaq Nəcəfə qaçmağı bacarmışdı.
Elə xacəliyi də həmin vaxtdan qalmışdı, belə ki, yarasına vaxtında müdaxilə edilmədiyi üçün Ağa Məhəmməd xan xədim olmuşdu. O da bildirilir ki, haqqında danışılan döyüşdən bir qədər sonra Ağa Məhəmmədin görkəmindən ciddi fizioloji dəyişikər baş verib, saçları tökülüb, həmçinin xacə olduğu anlaşılıb.
Məhz buna görə də Kərim xan tərəfindən öldürülməyib, sarayda əsir olaraq saxlanılmasına qərar verilib. Bir sözlə, xacəliyi Ağa Məhəmməd xanı ölümdən qurtarıb.
Əkbər Nəcəf, Ağa Məhəmməd şah Qacar. səh 59-60
Teref.az