Tehran 43 və ya Faizlər Razılaşması.

28-11-2022, 08:14           
Tehran 43 və  ya Faizlər Razılaşması.
1943-cü ilin 28 noyabr tarixindә Amerika Birlәşmiş Ştatlarının prezidenti Ruzvelt İngiltәrә baş naziri Çerçil vә SSRİ-nin lideri Stalin Tehran zirvә toplantısında bir araya gәliblәr. Zirvә görüşü üç gün davam edib.
"Faizlər razılaşması" isə 1944-cü il oktyabrın 9-da dördüncü Moskva konfransı zamanı əldə olunan, ikinci dünya müharibəsindən sonra cənub-şərqi Avropa regionunun hansı nüfuz dairələrinə bölünəcəyini müəyyən edən Çörçill-Stalin razılaşmasıdır. O vaxt bu razılaşma ictimaiyyətə Çörçill tərəfindən açıqlanmışdı. Qeyd edim ki, Ruzvelti konfransda təmsil edən ABŞ səfiri Averel Herriman bu xüsusi müzakirələrdən kənarda saxlanılmışdı..)
Burada Vinston Çörçill təklif edir ki, Rumıniyanın 90%-i və Bolqarıstanın 75%-i SSRİ-yə, Yunanıstanın 90%-i Böyük Britaniyaya verilsin, Yuqoslaviya ilə Macarıstan isə yarı-yarıya bölüşdürülsün. Təklif Stalinə tərcümə olunarkən, Çörçill bir kağıza bölüşdürmə faizlərini qeyd edir və kağızı Stalinə ötürür. Təklif tərcümə olunduqdan sonra Çörçill:

"Milyonların taleyini müəyyən edəcək olan bu cür məsələləri belə ayaqüstü həll etməyimiz gələcəkdə mənfi qarşılana bilər, kağızı yandıraq" - deyir, lakin Stalin "Yox, səndə qalsın" - deyə cavab verir.
Çörçill bu sənədi naughty document-yaramaz sənəd adlandırırdı.
İki ölkənin xarici işlər nazirləri 10, 11 oktyabr tarixlərində bölüşdürmə barəsində qərara gəlirlər. Sonda Sovet İttifaqının Bolqarıstan və Macarıstandakı payı 80% olaraq dəyişdirilir, digər faizlərə toxunulmur.
Stalin razılaşmaya uyğun olaraq, vətəndaş müharibəsi edən yunan kommunistlərinə kömək etmir. ABŞ və Böyük Britaniyadan yardım alan yunan hökuməti vətəndaş müharibəsindən qalib çıxır.

Hələ 1944-cü ildə bağlanacaq olan bu müqavilənin ilkin layihəsi, 1943-cü ildə ispan diktator Fransisko Frankonun gizli birliyinin əlinə keçəndə ortaya çıxmışdı. Bu hadisəni İspaniyanın xarici işlər naziri General Cordana 1943-cü il Barselonadakı məşhur nitqi zamanı açıqlamışdı.
Ölkələr Sovet İttifaqı Böyük Britaniya
Bolqarıstan 75% 25%
Yunanıstan 10% 90%
Macarıstan 50% 50%
Rumıniya 90% 10%
Yuqoslaviya 50% 50%
Heç nə dəyişməyib..Dünya bu gün də təsir dairəsinə bölünür...Bu gün Çerçil .Ruzvelt və Stalini əvəz edən, dünyanı böləcək şəxslər Bayden, Ərdoğan və bəlkə də Fransa və Çin prezidentləridir.
Baba Allahnəzərov
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.