ANARIN FACİƏSİ

1-12-2022, 17:30           
ANARIN FACİƏSİ
Azərin (Азер Рашидоглу) öz statusunda qısaca dəyərləndirdiyi Yazıçılar İttifaqımızın sədri Anarın məqaləsini oxudum. Və çox utandım. Anara görə utandım.
Mən nə Anarın, nə də Əkrəm Əylislinin "fanatı" deyiləm. Amma düşünürəm ki, hər ikisi ədəbityatımızın tarixində kifayət qədər görkəmli simalardır. Hər ikisi bu tarixə öz adlarını artıq yazıblar. Son 33 il ərzində həmin bu Yazıçılar İttifaqımızım sədr müavini olmasına baxmayaraq, öz xalqının dilini öyrənməyi özünə rəva bilməyən, amma jurnalistlərlə ünsüyyətində "xalq yazıçısı" statusundan biabırcasına sipər kimi istifadə edən Çingiz Abdullayevdən fəqli olaraq...
Soruşa bilərsiniz ki, onda Anarın yerinə nədən utandım?!!! Əvvəla, ona görə utandım ki, Anar məqaləsini İlham Əliyevə təriflə başlayıb. Elə bil ki, lap Çingiz Abdullayev kimi o da İlham Əliyevin adından ösünə sipər kimi istifadə etməyə çalışır. Həkimiyyətə yarınmaq, hakimiyyətin kölgəsinə sığınmaq ƏSİL yazıçıya, ƏSİL ziyalıya və ƏSİL şəxsiyyətə yaraşan davranış deyil. Əsil yazıçı və ziyalı həmişə siyasi hakimiyyətə münasibətdə nüxalifətdə olmalıdır...
İkincisi, bütövlükdə məqalə ədəbiyyatımızın problemlərinə deyil, Anarla Əkrəm Əylisli arasındakı intriqa və qalmaqallara həsr olunub. Elə bil ki, ədəbiyyatımızın heç bir problemi yoxdur. Hardan da ola bilər?!!! Bizim İsa Həbibbəyli kimi dahi ədəbiyyatçanasımız var. Dünənə qədər ədəbiyyat dünyasında tək-tük adamın tanıdığı və saydığı bu dahi də yazıçılarımızın "möhtəşəm" qurultayında "möhtəşəm" məruzə edib...
Mən isə Anarın məqələsində "son 33 ildə yazıçılarımız tərəfindən dünya ədəbiyyatı kitabxanasına düşə biləcək bir əsərin belə nə üçün yazılmadığı" sualının cavabını tapmaq istəyirdim, amma tapmadım...
Fikrimi bir qədər qeyri-dəqiq ifadə etdim. Bu illər ərzində dünya ədəbiyyatı tarixinə düşə biləcək və mən əminəm düşəcək əsərlər yazmış yazıçımız var - Çingiz Hüseynov. Amma dövrümüzün bu doğrudan da dahi yazıçısının nə Azərbaycan Yazıçılar İttifaqına, nə də Azərbaycan ədəbi mühütinə heç bir aidiyyəti yoxdur. Ən dəhşətlisi ondan ibarətdir ki, Anar daxil olmaqla bu ədəbi mühüt bütpvlükdə Çingiz Hüseynovun (Чингиз Гусейнов) adını belə çəkməkdən, dilinə gətirməkdən belə qorxur. Bu faciəmizdir...
Və nəhayət, bu məqaləsi ilə Anar təsdiq etdi ki, 70 yaşlı İsmayıl Şıxlı intriqalar nəticəsində Yazıçılar İttifaqının sədri vəzifəsindən "devririb". Daha doğrusu, bu intriqalardan cana doymuş böyük yazıçımız özü istefa ərizəsi yazıb. Anar bizi inandırmağa çalışır ki, bu intriqalarda iştirak etməyib. Amma İsmayıl Şıxlının yerinə məhz o seçilib. 33 ildir ki, artıq 84 yaşı olmasına baxmayaraq həmin kreslonu tərk etmək istəmir. 70 yaşlı İsmayıl Şıxlı və 84 yaşlı Anar...
Yəqin ki, Anardan fərqli olaraq İsnayıl Şıxlı başqa cür hərəkət edə bilməzdi. İsmayıl Şıxlı çirkab olan yerdə qala bilməzdi. Çünkü İsmayıl Şıxl böyük yazıçı olmaqla yanaşı ı mərdlik və kişilik rəmzi olan VƏTƏNDAŞ və ŞƏXSİYYƏT idi. Bələ də yaddaşımızda qalacaq. Hər halda mənim yaddaşımda...
Rauf Mirqədirov
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.