"Üzünü xatırlamaq istəyirəm ki , cənnətdə görüşdüyümüzdə səni tanıyıb bir daha təşəkkür edə bilim!.."

10-12-2022, 00:05           
"Üzünü xatırlamaq istəyirəm ki , cənnətdə görüşdüyümüzdə səni tanıyıb bir  daha təşəkkür edə bilim!.."
Hindli milyarder Ratanji Tataya radio aparıcısı tərəfindən bir telefon danışığında belə bir sual verildi:
"Cənab, həyatda ən xoşbəxt olduğunuz anı nə olaraq xatırlayırsınız?"
Ratanji Tata dedi ki:
"Həyatda xoşbəxtliyin dörd mərhələsindən keçdim və sonunda gerçək xoşbəxtliyin anlamını anladım.
İlk mərhələ sərvət və ehtiyat toplamaq idi.
Amma bu mərhələdə istədiyim xoşbəxtliyi əldə edə bilmədim.
Ardından qiymətli əşyaların toplanması olan ikinci mərhələ gəldi.
Amma , bunun təsirinin də keçici olduğunu və qiymətli şeylərin parıltısının uzun sürmədiyini fərq etdim.
Ardından böyük bir layihə alma olan üçüncü mərhələ gəldi. O zaman Hindistan və Afrikadakı dizel yataqlarının 95%-inə sahib idim.
Ayrıca Hindistan və Asyadakı ən böyük polad zavodunun sahibiydim.
Amma , burada da xəyal ettiyim xoşbəxtliyi əldə edə bilmədim.
Dördüncü addım, bir dostumun məndən bəzı əlil uşaqlalar üçün təkərli əlil arabası almamı istəməsiydi.
200-ə yaxın uşaq üçün.
Dostumun tövsiyəsiylə həmən təkərli əl arabalarını aldım.
Amma dostum onunla getməmi və əlil arabalarını uşaqlara verməmi ısrar etdi. Məndə hazırlanıb onunla getdim.
Orada bu uşaqlara əlil arabalarını öz əllərimlə verdim. Bu uşaqların üzlərində gəribə bir xoşbəxtlik parıltısı gördüm. Hamısını əlil arabalarında oturarkən, dolaşarkən və əylənərkən gördüm.
Qazanan bir hədiyəni qeyd etmələri üçün bir piknik yerinə gəlmiş kimiydilər.
Gerçək xoşbəxtliyi içimdə hiss etdim.
Ayrılmağa qərar verdiyimdə uşaqlardan biri ayağımdan tutdu.
Ayaqlarımı yavaşça çəkməyə çalışdım , amma uşaq üzümə baxdı və ayaqlarımı bərk-bərk tutdu. Əyilib uşaqdan soruşdum: "Başqa bir şeyə ehtiyacın varmı?"
Bu uşağın verdiyi cavab məni sadəcə şok etməklə bitmədi, həyata baxışımı da tamamən dəyişdirdi.
Bu uşaq dedi ki:
"Üzünü xatırlamaq istəyirəm ki , cənnətdə görüşdüyümüzdə səni tanıyıb bir daha təşəkkür edə bilim!.." "
Hakim Qurbanov
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.