Batin alimi yazır: Tövrat da, Quran da bilavasitə Azəri pirlərinə göndərilib!

14-08-2023, 08:48           
Batin alimi yazır:
Elmi araşdırmalarımdan çıxan nəticələrə görə Tövrat kitabı da, Quran da bilavasitə Azəri pir-bəglərinə göndərilmişdir.
Quran yazır: "Həqiqətən, bu Quran - İsrail oğullarına, onların ixtilafda olduqları şeylərin əksəriyyətini anladıb xəbər verir" (Quran, 27:76). Başqa sözlə, Quran - İsrail oğullarının Tövrat kitabındakı düzgün anlaşılmayan məlumatlarına əlavə şərh verən kitabdır.
Bildiyimiz kimi Tövrat kitabı yalnız samitlərlə yazılmışdır və bu məntiq kitabda ilk insanların vahid "səfa əhət" dili adlanır. Səfa rəmzi müdriklik mənasında olan sofiya sözüdür və bu müdriklik bizlərə sufi məntiqi kimi məlumdur. Sufizmdə "səfa əhət" rəmzi "xudaların sufi məntiqi" fikrini ifadə edir. Lakin səfa rəmzi bizlərə həm də "ihvani səfa" qardaşlığının elmi kimi də məlumdur ki, İsmaili batinilər onların risalələrini - "Qurandan sonra Quran", "Elmin Quranı" adlandırırdılar. Bu da onların - Quranın daha dərin batini mənalarını bilən natiqlər olması deməkdir. Digər tərəfdən, sufizmdə "ihvan" rəmzi aqvan, ağban kimi də oxunur və bu da Albaniya ölkəsi mənasındadır. Bu o deməkdir ki, Tövratın yazıldığı "səfa əhət" dili - batini sirləri (marifətullah, hikmət) bilən Albaniya xudalarının sufi məntiqidir.

Sufi məntiqində bütün qədim yazılar, hər şeyi yaratmış tək Allaha və Onun Özünə qulluq üçün seçdiyi insanlara həsr olunmuşdur. Bütün obrazlar - tək Allahın müxtəlif obrazlarıdır. Bu məntiqdə adi insanlar yazılarda qeyd olunmağa layiq görülməmişlər.
Yazdıqlarımdan belə çıxır ki, Tövrat kitabı İsrail oğullarının sufi məntiqi ilə yazılmış və Allahla bağlı olan kitabıdır. Quran da İsrail oğullarının Tövratda qaranlıq qalmış bəzi suallarına aydınlıq gətirmək üçün onlara göndərilmişdir. Quranda məhz onlar anlayan tayfa, müjdəçilər və xəbərçilər adlanırlar.

Sufi məntiqində İsrail, İzrail və eyni mənalı Yaşarel rəmzi, Asar/Azər/Aşur eli mənasını verir və qədim Misirin Osiris Allahının eli deməkdir. Tövrata görə İsrail adı Yaqub peyğəmbərə, Allahla "güləşməsindən" sonra verilən addır. Batini mənada bu "güləşmə" - Misir fironu Amonun ruhunun, sufizmin Bəqa fazasında İlahla vəhdətə nail olması və İlahdan göydə El, yəni El-İlah, Allah yaratması mənasındadır. Başqa sözlə, Yaqub obrazı, göydə Allah yaratmış Misir fironu Amonun və onun ruhunun obrazıdır. Asar (Azər/Osiris) da bu Allahın digər adıdır. Bu "güləşmə" haqda mən, "Расшифровка Торы с помощью "язык птиц". С кем боролся Иаков?" adlı məqalədə geniş yazmışam (sayt: http://gilarbey.blogspot.com/2017/03/blog-post.html).

Sufizmdə Yaqub rəmzi, Yabqu rəmzi kimi "Ya-Bəg" deməkdir və Allaha müraciət mənasıdır. Tövratda Yaqubun, yəni İsrailin 12 oğlu olur ki, qədim Misir yazılarında onlar - "12 böyük hakim Osiris Allahları" adlanır.
Yaqubun Liyadan olan ilk altı oğlu burada cinsiyyəti olmayan ilk nəhəng xudalar nəslinin rəmzidir ki, onlar öləndən sonra ruhları 120000 ölümsüz Asar (Azər/Osiris) Allahlarına çevrilmişlər. Yaqubun Liyanın və Raxilin qulluqçularından olan digər İsrail oğulları isə bizlərə mar-amoreylər nəsli kimi məlumdur.

Tövratda Yaqubun 12 oğlundan ən sevimlisi Raxildən olan Yusif və Bənyəmindir. Kitabda bu obrazlar əvvəldə (Alfa) gələn və axırda gələcək (Omeqa) Allahların obrazlarıdır (məqalə: "Великие деяния сыновей Иакова и Рахиля", sayt: https://firudin.blogspot.com/2023/04/blog-post.html?m=1).

Raxil rəmzi sufi məntiqində yəhudilərin Raquil, Ur-Xaldeya və s. bənzər rəmzləri kimi - "Gel şəhərində İlahdan yaradılmış Ra günəşi" fikrini ifadə edir. Digər mənbələrdə bu rəmz Erakl (Herakl), Orakul, Gelar (Gelarküni), Erlik və s. kimi də qeyd olunur. Deməli, batini mənada Yaqubun Raxillə evliliyi, yəni Bəgin Gelarla vəhdəti - firon Amonun ekstatik durumda Ra günəş diskini yaratması və ruhunun onunla birləşməsi deməkdir ki, bu birləşmədən Ra-Amon, yəni Rəhman Allah yaranmışdır. Başqa sözlə, sufi məntiqində Ra-Amon/Rəhman Allah - "Gelar bəgi" deməkdir. Tövratda levit, yəni əhli-beyt dedikdə məhz, Allahın Özünə qulluq üçün seçdiyi Gelar bəgləri nəzərdə tutulur və Tövrat kitabı da bu bəglərin göydə yaratdıqları cənnət haqqındadır. Bunlar haqda mən - "Тайна Моисея и его Торы" adlı məqaləmdə yazmışam (sayt: https://firudin.blogspot.com/2023/06/blog-post.html?m=1).

Gelat və ya Gelar eli ən qədim Misir mənbələrdə Gel şəhəri (Geliopol) adlanırdı. Qədim dövrdən fəlsəfə və astronomiya ilə məşğul olan kahinlər, bilavasitə Gel şəhərində yaşayırdılar. Qədim Misir mətnlərinə görə, ən qədim ovsunlar da bu Geliopol kahinləri tərəfindən tərtib olunurdu. Quranda elmlərinə görə aləmlərdən üstün tutulanlar bu İsrail oğullarıdır ki, Allah onlara kitab, müdriklik, peyğəmbərlik vermiş və onları aləmlərdən üstün tutaraq, varislər etmişdir (Quran, 44:32, 45:16, 2:47,122,40, 6:165). Mən, "Qurandakı İsrail oğulları - Azəri bəgləridir!" adlı məqalədə bu İsrail oğullarının məhz Azəri Türk bəgləri olmasını yazmışam (sayt: http://gilarbek.blogspot.com/2012/08/qurandak-israil-ogullar-azri-bglridir.html).
Bütün bunlar isə o deməkdir ki, qədim mənbələrdə İsrail oğulları dedikdə Azəri elinin 12 "oğlu" nəzərdə tutulur və biz onları Gelat şiələrinin İsna-Aşəriyə dininin 12 imamı kimi də tanıyırıq. Tövratda da Azər eli dedikdə ismaililərin Gelat eli nəzərdə tutulur. Bu isə o deməkdir ki, tək Tövrat yox, Quran da Azəri Türk bəglərinə, daha doğrusu Gelar (Gelat) bəglərinə göndərilmişdir. Yanlız bu anlayan tayfadan olan Türk bəgləri Tövratda və Quranda söhbətin nədən getdiyini anlaya bilər. Başqa heç kim bu müqəddəs kitabları dərk edə bilməz.

Bunlar haqqında daha ətraflı məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğum Batini-Quran kitabında və çoxsaylı məqalələrimdə verilmişdir.

Firudin Gilar Bəg
13.08.2023












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.