Əmir Teüymur və Yezid

14-08-2023, 14:08           
Əmir Teüymur və Yezid
Əmir Teymurun Yezidə münasibəti: Türkiyənin Azərbaycan əsilli görkəmli şair və yazarı Yavuz Bülent Bakiler 2013-cü ilin mayında dərc etdirdiyi "Müaviyənin və Yezidin məzarları" adlı məqaləsində əsl adı Əli olmuş məşhur osmanlı şair və mütəfəkkiri Aşik Paşanın yazdığı "Aşikpaşa tarixi" adlanan salnaməyə istinadən bunları açıqlayır: "Təxminən 1401-ci ildə Teymur Şama girdiyi vaxt carçı çağırtmış və öz adına belə bir müraciət yaydırmışdır: "Mən yezidiyəm! Nə qədər yezidi varsa, ortaya çıxsın!". Yezidin soyundan gələnlər, Yezidin yolunda olanlar sevinclə meydana toplanmışlar. Teymur yezidilərə "İndi mənə Yezidin məzarını göstərin!" - demiş və onlarla birlikdə Şam məzarlığına getmişdir. Yezidilər böyük bir şadlıqla Teymura Yezidin məzarını göstərmişlər. Hökmdar əsgərlərinə belə əmr etmişdir: "Açın bu alçağın məzarını!". Yezidin sümükləri görünəndən sonra isə Teymur ordusuna üz tutaraq: "Yezid deyilən bu alçaq sevgili Peygəmbərimizin (s) nəvəsi Hz.Hüseyn əfəndimizi qətlə yetirtdi. Və bununla İslamda çox böyük bir təfriqə yaratdı. Bütün İslam aləmi əsrlərdən bəri bu ikiliyin acısını yaşamaqdadır. İndi mənim ordumun hər bir nəfəri irəli gələrək bu Yezidin məzarına pisləyəcəkdir", - deyə əmr vermişdir. Əsgərlər Teymurun əmrini yerinə yetirmişlər. Yezidilər isə olaya çox böyük bir üzüntüylə baxaraq qalmışlar. Əsgərlər işlərini bitirdikdən sonra Teymur Şamdakı bütün yezidiləri qətl etdirmişdir...".
Natiq Humbetov
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.