Misir fironlarının ulu əcdadları Qafqazdan gedib?

16-08-2023, 12:14           
Misir fironlarının ulu əcdadları Qafqazdan gedib?
Almaniya və İsçevdən olan elm adamları qədim Misir mumyalarının genetikasını araşdırıb. Alimlərin fikrincə, misirlilərin əksəriyyəti türklər olub.
Maks ("Max Planck İnstitute for the Science of Human History") və Tyubinqen ("University of Tuebingen") universitetindən olan alman alimlər 90-dan çox Misir mumyasının genetikasını tətqiq edib. Genlər təxminən 1500 və 3500 il əvvələ aid olan mumyaların qalıq sümüklərindən götürülüb. Alimlərin gəldiyi son nəticələrə görə, misirlilər heç də afrikalı olmayıb. Onların bəziləri türk, bir qismi isə Suriya, Livan, İordaniya, Gürcüstan, Abxaziya və bir sıra başqa Avropa ölkələrindən gəlmələr olub.
Daha əvvəl Sürixdə yerləşən İGENEA - genealoji araşdırma mərkəzində aparılan araşdırmalarda sadəcə bir mumyanın genetik nümunələri üzərində təhlillər aparılıb. Bu nümunələrin isə Misir fironu Tutanxamonun qalıqlarından götürüldüyü deyilib. Alimlər nümunələrin istifadəyə yararlı olması üçün sol çiyin və sağ ayaq sümüklərindən alınan dezoksiribinuklein turşusunu incələyiblər. İGENEA mütəxəssisləri fironun oğlunun genləri ilə müasir avropalı insanların genlərini müqayisə ediblər. Nəticədə, onlardan bir çoxu Tutanxamona qohum çıxıb. Orta hesabla Avropalı kişilərin əksəriyyəti "Tutanxamonlardı". Böyük Britaniya, İspaniya və Fransada kişilərin 60-70%-nin genetikası Tutanxamonun genetikası ilə uyğunluq təşkil edir. Fironun və onun qohumlarından alınan genetik nümunələrdən ibarət xüsusi "R1b1a2" adlı qrup yaradılıb. Alimlər vurğulayırlar ki, Avropalı kişilərdə rast gəlinən genetik uyğunluq misirlilərdə nadir hallarda rast gəlinib. Avropalılarda Tutanxamonun genetik daşıyıcıları faiz etibarilə üstünlük təşkil edir. İGENEA genealoji araşdırma mərkəzinin direktoru Roman Şols deyib ki, Tutanxamonun genetik cəhətdən avropalı olması inanılmazdı. İsveç və alman alimlərinin apardığı tədqiqatlar misirlilərin qədim fironların nəsilləri ilə heç bir əlaqəsinin olmadığını təsdiq etdi. Fironların özləri belə avropalılardan ibarət olubsa, burada Misir cəmiyyətinin xüsusiyyətlərindən söhbət gedə bilməz. Roman Şolsun sözlərinə görə, misir fironlarının və avropalıların ümumi əcdadı təxminən 9500 il əvvəl Qafqazda yaşayıb: "Güman edilir ki, firon nəsli 7 min il əvvəl birbaşa Avropaya gəlib. Belə görünür ki, Tutanxamonun ulu babasının babası da özü kimi Qafqazlı olub".
Tyubinqen universtetinin paleoqenetiki olan Yoxannes Krauze "Nature Communications" jurnalına verdiyi müsahibəsində bildirib ki, 151 mumiyadan üçü üzərində aparılan tədqiqatlardan biri inanılmaz dərəcədə dəqiq nəticələr göstərib. Uzun illər keçməsinə baxmayaraq, onların dezoksiribinuklein turşusu yaxşı halda qalıb. Misirin isti hava iqliminə, dəfn olunan zaman cəsədin mumiyalanmasında istifadə olunan kimyəvi maddələrə baxmayaraq, dezoksiribinuklein turşusu keyfiyyətini dəyişməyib.
Talea Yahyayeva
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.