Sabiq nazirin daha bir adamı "vurulur" - Səhiyyə Nazirliyində...

3-11-2015, 11:26           
Sabiq nazirin daha bir adamı "vurulur" - Səhiyyə Nazirliyində...
Eldar Mahmudov milli təhlükəsizlik naziri postundan uzaqlaşdırılandan və onun fəaliyyətilə bağlı ciddi araşdırmalar başlanandan sonra qohumları da hədəfə gəlib. Hətta "MTN işi"ndə Eldar Mahmudovun qohumlarında biri Bakı Telefon Rabitə İstehsalat Birliyinin rəisi Beytulla Hüseynov həbs olunub.

İstiqlal.az-a daxil olan məlumata görə, sabiq nazirin daha bir qohumu hədəfdədir. Bu, Səhiyyə Nazirliyinin İnnovasiya İdarəsinin rəhbəri Pərvanə Mahmudovadır. Pərvanə Mahmudova Eldar Mahnudovun əmisi qızıdır. Məlumata görə, Eldar Mahmudov tutduğu vəzifədən azad ediləndən sonra Pərvanə Mahmudova da hədəfə gəlib.

Bəzi iddialara görə, o hətta vəziyyətdən çıxış yolu kimi ölkəni tərk etmək istəyib. Lakin bizə məlum olmayan səbəblərdən fikrindən daşınıb. Bildirilir ki, səhiyyə naziri Oqtay Şirəliyev artıq onu tutduğu vəzifədən uzaqlaşdırmaq qərarına gəlib. Məlumata görə, yaxın günlərdə Pərvanə Mahmudova işdən çıxarılacaq. Bildirilir ki, Oqtay Şirəliyev onun indiki halda Səhiyyə Nazirliyində yüksək post tutmasından narahatdır. Səhiyyə naziri düşünür ki, buna görə özü hədəfə gələ bilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.