Şirvanın İcra başçısı qanunları ayaqları altına atdı - solunda namizəd, DSK üzvləri, sağında isə... - FOTOLAR

18-12-2019, 15:23           
Şirvanın İcra başçısı qanunları ayaqları altına atdı  - solunda namizəd, DSK üzvləri, sağında isə... - FOTOLAR
"Bu şəkillər 46 saylı Şirvan DSK-nın 24 saylı Şirvan seçki məntəqsində çəkilib. Şəkildə başçının solunda gördüyünüz Şirvan bələdiyyəsinə üzvlüyə namizəd İlham Səfərovdur. O, həm də bələdiyyə sədri olacaq. Əvvələr AMİP üzvü olub. Heydər Əliyevə qarşı Şirvanda ağzına gələni danışanların başında gəlib".

Haqqında söhbət gedəın fotoları Şirvandan Mia.az-a oxucularımız göndərib.

Onlar bildirir ki, fotoda başçıdan solda 3-cü 46 saylı Şirvan DSK-nın sədridir: "Yenə başçıdan solda 4-cü 24 saylı seçki məntəqəsinin sədridir. Şəkildə gördüyünüz qadınlar isə seçki məntəqəsinin üzvləridir.

Bu isə o deməkdir ki, başçı bütün qanunları heçə sayaraq məntəqəyə gedib. Üstəlik, bələdiyyə üzvlüyünə və sədrliyə namizədi ora dəvət edib və onunla şəkil çəkdirib. Seçki qanuna görə, bütün bunlar yolverilməzdir. Namizədlə seçki məntəqəsində bu səviyyədə bir görüş isə, ümumiyyətlə, heç bir çərçivəyə sığmır".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru