Xarici İşlər naziri Elmar Məmmədyarovun oğlanlarının ABŞ-da evləri aşkar edildi - FOTOFAKT

19-12-2019, 00:13           
Xarici İşlər naziri Elmar Məmmədyarovun oğlanlarının ABŞ-da evləri aşkar edildi - FOTOFAKT
Teref.az yazır ki, müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli daha bir araşdırması ilə içtimaiyəti tanış etdi. Sosial şəbəkələrdə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun ailəsinin mal varlığı ilə bağlı araşdırmasını paylaşmışdır.
Cavanşir bəyin araştırmasını təqdim edirik:
Xarici işlər naziri Elman Məmməyarovun 31 yaşlı oğlu Emin Məmməyarov 2015-ci ilin iyulunda Nyu Yorkun Manhetten səmtində, Linkoln meydanı yaxınlığında sahəsi 118,45 kvadrat metr (1275 kvadrat fut) olan mənzil alıb. Bunun üçün o mənzilə 2 050 000.00 dollar ödəyib. Mənzil Nyu Yorkun Riverside Boulevard 120 ünvanındakı elitar binadadır və nazirin oğluna Fox Ledge LLC və Silver Fox Manhatten LLC əmlak şirkətləri tərəfindən satılıb. Mənzilin 2009-cu ildə dəyəri 1 792 000.00 dollar olub.
Elmar Məmmədyarovun digər oğlu Riyad Məmmədyarov da Nyu Yorkda, 189 W 89th St #12D ünvanındakı göydələnlərin birində yaşayır. Nazirin xanımı Kamilə Məmmədyarova da ilin əsas hissəsini ABŞ-da oğlanlarının yanında keçirir və Riyad Məmmədyarovun yaşadığı mənzildə müvəqqəti qeydiyyatdadır.



















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.