ƏLİXAN ZEYNALOVUN “PRAVA” ALVERİ – LƏNKƏRAN MERO–NUN RƏİSİNİN CİDDİ QANUN POZUNTUSU

12-12-2015, 22:28           
ƏLİXAN ZEYNALOVUN “PRAVA” ALVERİ – LƏNKƏRAN MERO–NUN RƏİSİNİN CİDDİ QANUN POZUNTUSU
Cənub bölgəsində «prava» almaq istəyənlər Əlixan Zeynalovun maklerlərinə 950 manat ödəməlidirlər


Son vaxtlar ölkədə korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilməsinə baxmayaraq bəzi məmurlar rəhbərlik etdiyi qurumlarda hələ də bununla bağlı ciddi tədbirlər görmür. Belə qurumlardan biri də korrupsiyanın tüğyan etdiyi Lənkəran RQİŞ-dir. Lənkəran MERO-sunda sürücülük vəsiqəsi verilmir, satılır.

Bura sanki sürücülük vəsiqəsi almağa gələnlər ,sanki mal bazarına gəlirlər. Uzun illərdirdir 5 saylı rayonlarası qeydiyyat-imtahan şöbəsinin rəisi işləyən Əlixan Zeynalov dövlət idarəsində əsl bazar mühiti yaradıb. Daxil olan məlumata görə Lənkəran Regional MERO-sunda sürücülük vəsiqəsinin qiyməti 850-1200 manat aralığında dəyişir.

Bu idarədə hökm sürən özbaşnalıqdan,qanunsuzluqdan əziyyət çəkən vətəndaşların dediklərinə görə maşınlarını texniki müayinədən keçirtmək üçün buraya gələnləri Əlixan Zeynalov əməlli-başlı peşiman edir. Belə ki, onlar şöbənin ərazisinə yox, birbaş Masallıya göndərilirlər və orada rəisin adamlarından ibarət olan xüsusi maklerlər vətəndaşlardan,özlərinin müəyyən etdikləri pulu almamış sürücülərə sənəd-zad verilmir.
Bundan başqa nömrə,sürücülük vəsiqəsi almaq istəyən vətəndaşlardan dövlət rüsumundan əlavə,ondan çox haqq alınır. Qeyd edilir ki,qanunu tələb edən sürücülər rəisin adamları tərəfindən təyziqlərə məruz qalırlar.Bildiyiniz kimi,oğurluq maşınları qeydiyyatdan keçirtdiyinə görə Əlilxan Zeynalov bir müddət əvvəl nazirdən töhmət də almışdır.

Sürücülük vəsiqəsini qanuni şəkildə ala bilmədikləri üçün maklerlərə müraciət edən vətəndaşın dediyinə görə həmin maklerlər bildirirlər ki,bu pulun yalnız cüzi bir qismi onlara çatır,qalanının hamısını rəisə verirlər.

"Görün bu adam necə böyük bir şəbəkəsi qurub ki, şikayətçi adamlara bu cür dərs vermək iqtidarındadır. Yalandan salırlar kompyuterə, guya imtahan verirsən, amma pulunu verməsən, bütün suallara yüz faiz düzgün cavablar yazsan belə keçə bilməyəcəksən. Buna görə də kompyuterlə imtahan da boş şeydir, sadəcə oyun,görüntüdür. Necə deyərlər, pulunu ver, musiqini sifariş et. Lənkəran MERO-sunda real vəziyyət belədir. Onun korrupsiyadan yığdığı məbləğin həddi-hüdudu yoxdur. Dövlət orqanları Lənkəran 5 saylı RQİ barəsinin rəisi haqda ciddi ölçü götürməlidirlər”-Masallı rayonundan olan şikayətçilərdən biri məktubunda belə bildirir.
Sözügedən MERO ilə bağlı redaksiyamıza daha bir məlumat daxil olub. Həmin məlumatlarda deyilir ki, Lənkaran MEROSUNDA qeydiyyat-imtahan və texniki baxış şöbəsi sözün həqiqi mənasında bazara çevrilib. Həmin işləri isə cənab Zeynalov işçisi mayor Şahbaz Quliyevin əli ilə həyata keçirit. Belə ki, MERO rəisi son aylar biznesinin çiçəkləndirmək üçün "açıq qapı" sistemi elan edib. Yerli camaat Əlixan Zeynalov istənilən şəxsə rüşvətlə sürücü vəsiqəsi verdiyi üçün onun əməllərinə "açıq qapı" sistemi deyirlər. Yəni, pulu olan hər bir vətəndaş Lənkaran Qeydiyyat-İmtahan Şöbəsindən sürücü vəsiqəsi əldə edə bilər.

Lənkaran sakinləri iddia edirlər ki. hazırda qeydiyyat-imtahan və texniki baxış şöbəsinin B kateqoriyası üzrə sürücülük vəsiqəsi 850-950, BC kateqoriyası üzrə sürücülük vəsiqələri isə 1000-1200 manatdır. «E kateqoriyasını əldə etmək isə həm çətin, həm də bir qədər baha başa gəlir».
Görünür Əlixan Zeynalovun prezidentin, qanunları pozan,camaatı incidən məmurları tənqid etdiyi məşhur çıxışından xəbəri yoxdur...\bolgəxəbər\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.