Deputat Qənirə Paşayevanın qardaşına məxsus şirkətlər aşkar edildi- SƏNƏDLƏR
10-03-2020, 00:01

Siyasi mühacir Həbib Müntəzir deputat Qənirə Paşayevanın qardaşı İqtisadiyyat Nazirliyində yüksək vəzifə tutan iddiaya görə Hüseyn Ələsgər oğlu Paşayevə məxsus olan şirkətlərin sənədlərini sosial şəbəkədə paylaşıb. Həbib Müntəzirin iddiasına görə bu şirkətlər deputat Qənirə Paşayevanın qardaşı İqtisadiyyat Nazirliyində yüksək vəzifə tutan Hüseyn Ələsgər oğlu Paşayevə məxsusdur.Həbib Nüntəzir yazır:
Qənirə Paşayevanın qardaşı İqtisadiyyat nazirliyinin yüksək vəzifəli əməkdaşıdır. Hüseyn Ələsgər oğlu Paşayev İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə də təltif edilib. Onun Vergilər nazirliyinin dövlət reyestri məlumatlarına istinadən "H.R." MMC adlı şirkəti mövcuddur. Buyurun bu da fakt.
İqtisadiyyat nazirliyinin işçisi olan qardaşınız Hüseyn Paşayevin Türkiyədə mədən yağı şirkəti var imiş. Adı da "Murad" LUB MADENİ YAĞ PAZARLAMA LİMİTED ŞİRKETİ. Türkiyə Odalar ve Borsalar birliyinin rəsmi məlumatlarına istinadəndir. Seçki siyahısına istinadən, Hüseyn Paşayevin ünvanı budur: AZADLIQ PR., ev 70, mənzil 40. Bu şirkətin sənədində də eyni ünvan göstərilib.
Hebib MüntezirПодписаться
19 мин.
"Çeburaşka" körpələr və uşaq bağçası da Qənirə xanımın nəzarətindədir. Belə ki, dövlət reyestri məlumatlarına əsasən MMC-nin sahibi NƏRGİZ PAŞAYEVA MÜTƏLLİM qızıdır. Nərgiz xanım isə Qənirə xanımın qardaşı Hüseyn Paşayevin yoldaşıdır. Faktları da əlavə edirəm.
Teref.az olaraq maraqlı tərəfləri dinləməyə hazırıq!
Teref.az



