Səfər Mehdiyev generalla bağlı daha bir əmr verib - Vüsal Novruzovun gömrüklə bağları tam kəsilib

10-03-2020, 03:03           
Səfər Mehdiyev generalla bağlı daha bir əmr verib -
Təxminən 2 il əvvəl, daha dəqiqi 2018-ci ilin may ayında vəzifədən çıxarılmış Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəisi, general Vüsal Novruzovla bağlı yeni xəbər var.

Mia.az xəbər verir ki, həmin vaxtı vəzifədən çıxarılaraq, Gömrük Komitəsinin sərəncamına alınan Vüsal Novruzovla bağlı daha bir əmr verilib.

Məlumata görə, Səfər Mehdiyev bir müddət əvvəl həmkəndçisinin adının gömrüyün ehtiyat kadr" siyahısından da çıxarılması haqda növbəti əmr imzalayıb.

Yada salaq ki, Vüsal Novruzov Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi Baba Salayevlə eyni gündə vəzifədən azad olunmuşdu. Lakin qısa zaman sonra Kəmaləddin Heydərov Baba Salayevi FHN-nin sərəncamına götürdü və elə həmin ili (2018) o, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi təyin edildi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru