27 ilin baş həkimi 3 mərtəbəli obyekt tikdirir - FOTOFAKT

11-03-2020, 13:03           
27 ilin baş həkimi 3 mərtəbəli obyekt tikdirir - FOTOFAKT
Binəqədi rayonu 9 saylı qadın məsləhətxanasının keçmiş baş həkimi Tərifə İskəndərova 3 mərtəbəli obyekt inşa etdirəcək.

Qlobal.az xəbər verir ki, keçmiş baş həkim inşa etdirəcəyi obyektə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən müvafiq sənədləri də alıb.

Obyektin mərtəbə sayı 3, ümumi sahəsi isə 829 kvadratmetrdir.

1993-cü ildən 9 saylı qadın məsləhətxanasının baş həkimi işləyən Tərifə İskəndərovanın bu ilin fevral ayının 1-də vəzifədən azad edildiyi deyilir.

Ancaq buna baxmayaraq, Binəqədi rayon İcra Hakimiyyətinin rəsmi saytında Tərifə Cəbrayıl qızı İskəndərova hələ də 9 saylı qadın məsləhətxanasının baş həkimi kimi göstərilməkdədir.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru