Mingəçevir şəhər icra hakimiyyətində nələr baş verir? – FAKTLAR
11-03-2020, 15:23

Mingəçevir şəhərindən Teref.az-a verilən məlumatda deylir ki, Mingəçevir şəhər icra başçısı İlham İsmayılovun imzaladığı sərəncamla icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elşən Əliyevin səlahiyyətlərinin ondan alınaraq icar hakimiyyətinin digər əməkdaşı olan baş məsləhətçisi Tofiq Əsgərova həvalə edilib.
Mənbənin bildirdiyiniə görə Elşən Əliyevin sələhiyyətlərinin əlindən alınması Azərbaycanda keçirilən 9 fevral parlament seçkiləri zamanı edilən qanunsuzluqalar olub. Ən qabarıq və həyyasızcasına edilən qanun pozuntsunun edildiyi 47 saylı Mingəçevir Seçki Dairəsinin 21 saylı seçki məntəqəsinin sədiri Elşən Əliyevin atası Tofiq Əliyev olmuşdur.
Bununla yanaşı həmin məntəqədə çəkilən videoda aydın görsənir ki, qanun pozuntusu olan məntəqədə Elşən Əliyevin yenicə hərbi xidmətdən qayıdan oğlu Cavid Əliyevdə olmuşdur. Mənbə onuda bildirir ki, Mingəçevirdə işsizliyin pik həddə olmasına baxmayarq Elşən Əliyevin yenicə hərbi xidmətdən qayıdan 23 yaşı oğlu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bərdə Regional Mədəniyyət İdarəsinin Mingəçevir şəhər nümayəndəliyində işə başlayır. Cavid Əliyev o, Elşən Əliyevin oğludur ki, 47 saylı Mingəçevir Seçki Dairəsinin 21 saylı seçki məntəqəsində edilən saxtakarlıq zamanı orada idi:
Teref.az olaraq həmin görüntüləri təqdim edirik:

