"Ailəli olduğun üçün sənə yardım düşmür" - yardım üçün müraciət edən vətəndaşa verilən cavab

8-05-2020, 20:04           
"Ailəli olduğun üçün sənə yardım düşmür" - yardım üçün müraciət edən vətəndaşa verilən cavab
Teref.az yazır ki, Bakı şəhəri Daş karxanası 844 (055 732 61 80) ünvanında yaşayan Hüseynov Ramiz Yaşar oğlu bu gün qəribə hadisə ilə qarşılaşıb.
190 manatlıq yardıma görə müraciət edən vətəndaş rədd cavabı alıb. Rədd cavabının nəyə görə verildiyini öyrənmək üçün Sosial Müdafiə Fonduna (SMF) müraciət edən vətəndaş qəribə cavabla rastlaşıb. Qeyd etmək istəyirik ki, Hüseynov Ramiz heç yerdə işləmir. Özünü ancaq günəmuzd fəhlə işləməklə dolandırırdı.
Beləliklə SMF-na müraciət edən Hüseynov Ramizə araşdıraraq deyiblər ki, "Ailəli olduğu üçün ona yardım düşmür!"
İndi Teref.az-a müraciət edən Ramiz bəyi 1 sual maraqlandrır, dövlətin bu optimal yardım kompaniyasını məmurlar nəyə görə belə absurd cavablarla diskredita edirlər.
Teref.az olaraq bizdə ƏƏSMN-nin reaksiyasına ümid edərək yazırıq ki, maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.