Rektor Qarabağda döyüşən tələbənin kəsrlərini silməkdən imtina edir
14-11-2020, 01:22
Ağdərə uğrunda döyüşlərdə şücaət göstərən əsgərimizi Fərid Əsgərovun kəsrlərini silmək təklifini Bakı Biznes Universiteti rədd etdi. Bu haqda rektor İbad Abbasova müraciət olunsa da o bu təklifi rədd edib. Teref.az yazır ki, sosial şəbəkə istifadəçisi Azər Kazımzadə bu məsələ ilə əlaqədər aydınlıq gətirib. O,yazır ki: "Dostlar indi özüm də maraqlandım. Məsələ bu olub ki ödənişdə güzəşt istəyiblər və rektor rədd edib. Bildirib ki harda olmasından asılı olmayaraq o ödəniş edilməlidir..." Teref.az olaraq Bakı Biznes Universitetinin mövqeyini işıqlandırmağa hazırıq! Teref.az