Bakcell-in «Aztelekom»la qarşıdurmasının sirləri açılır - NƏLƏR OLMADI…

19-02-2016, 15:59           
Bakcell-in «Aztelekom»la qarşıdurmasının sirləri açılır - NƏLƏR OLMADI…
2015-ci ilin iyun ayından bəri dövlətin əsas mühim strateji postlarından biri olan Rabitə və Yüksək Texnalogiyalar Nazirliyinin tabeçiliyindəki «Aztelekom» İstehsalat Birliyinin «Bakcell» MMC-yə qarşı iddiaları səngimək bilmir. Dövlət qurumu ilə ölkənin əq qədim mobil rabitə operatoru arasında məhkəmə çəkişməsi baş verir. Və bu çəkişmə nə az, nə çox tam 4 milyon manatın ətrafında baş verir.

«Aztelekom» 2015-ci ildən bəri rəsmən «Bakcell»in ötürücü stansiyalardan istifadəsinə etiraz edir. Nəticə etibarilə də dövlət qurumu «Bakcell» MMC ilə bağlanmış müqavilənin yenidən baxılması məqsədilə məhkəmə müraciət edir. İllər uzunu «Aztelekom»lə «Bakcell» MMC arasında sıxıntılar yaşanır. Lakin sıxıntılar sanki arxada qalıb. Çünki 2015-ci ildə hakim Yeni Azərbaycan Partiyasında yüksək post tutan «Aztelekom»un direktoru Məhəmməd Məhəmmədov konkret olaraq açıqlama verərək bildirirdi ki, ortada dövlət vəsaitlərinin yeyintisi faktı var. İndi isə M.Məhəmmədov özü dövlət vəsaitlərinin yeyintisi ilə bağlı olaraq həbs edilib və içstintaq altındadır.

teref.az gundeminfo.az-a istinadən yazır ki, daxil olan informasiyaya əsasən hələlik bu məsələ açıq olaraq qalır. Yəni «Bakcell»in dövlətin balansında olan ötürücü antenalardan istifadə etməsinə görə, ödəməli olduğu vəsaitlərlə bağlı mühim güzəşt və ya imtiyaz əldə etməyib.
Məhəmməd Məhəmmədov uzun sürən çəkişmədən sonra başa düşdü ki, əslində «Bakcell» ilə bağlanmış müqavilələr ləğv edilməlidir. Yəni bundan sonra məhkəmə çəkişməsi bir qədər ertələndi. 2015-ci ildə tərəflər arasında mübahisə Bakı Apelyasiya Məhkəməsində hakim Nurəddhin Mustafayevin sədriliyi ilə araşdırıldı. İyun ayında başlanan prosses iyul ayının 2-ə qədər təxirə salındı. Prossesdə hətta sonrakı mərhələlərdə üçüncü tərəf kimi Rabitə və İnformasiya Texnologiyalar Nazirliyi də cəlb edilməli idi. Lakin hazırda prosseslə bağlı məsələ müəmmalı olaraq qalmaqdadır.

Əslində isə Bakcell ilə bağlı dövlət qnurumu arasında bu çəkişmə diqqətimizi xüsusi olaraq bir məqamda cəlb edir. Saytımıza bilgi verən mənbə iddia edir ki, rəsmən ölkədə mobil rabitə sektoruna investitsiya yatırımları ilə bağlı, xüsusilə də şəbəkənin genişləndirilməsi və ötürücü stansiyaların qurulması ilə bağlı dövlətə təqdi olunan hesabatlarda da mühim müəmmalar ortaya çıxıb. Dövlətin balansında olan «Aztelekom»un ötürücü antenalarından istifadə edərək, esabatlarında investitsiya qoyuluşları barədə ictimayyətə və hökumətə bilgi verən «Bakcell»ə bağlı da araşdırmaların aparılması gözlənilir.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.