Ramiz Mehdiyevin kadrı deyilən Namiq Xıdırov BU VƏZİFƏSİNDƏN DƏ QOVULDU

20-02-2022, 00:06           
Ramiz Mehdiyevin kadrı deyilən Namiq Xıdırov
Son günlər mətbuatda, sosial şəbəkələrdə Ekologiya və Təbii Sərvətlər nazirliyində olan problemlərlə, ən əsası da meşələrimizdə baş verən "yaşıl terrorla" bağlı xəbərlər səngimir. Qeyd olunur ki, nazirlikdə həyata kecirilən bu ciddi qanunsuzluqların başında məhz departament rəhbəri Namiq Xıdırov və nazir müavini Vüqar Kərimov dayanır.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin əmriylə Namiq Xıdırov axır ki, vəzifəsindən ayrıldı və nədənsə nazirlikdə aşagı bir vəzifəyə kecirildi.

QAYNAR.MEDİA-nı məlumatlandıran mənbə xəbər verir ki, Namiq Xıdırov dünən nazirliyə cagırılaraq həmin vəzifəsindən də cıxmagı barədə ərizəsi alınıb.

Nazir müavini Vüqar Kərimov isə hələ ki, işini davam etdirir.

Qeyd edək ki, hazırada Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsləri barədə cinayət işi davam edir. Şamaxı Regional Meşə Təsərrüfat Birliyinin rəhbəri Əfqan Qəribov, müdir əvəzi Kamil, Xanmusa və Sabir adlı meşəbəyilər vəzifələrindən azad olunaraq istintaqa cəlb olunublar. Mənbəmizin məlumatına görə nazirliyin sabiq departament rəhbəri Namiq Xıdırov da istintaqa cəlb olunub. Nazir müavini Vüqar Kərimovun da vəziyyəti yaxşı deyil, onun da istintaqa cagırılmagı gözlənilir.

Mənbə bildirir ki, hər iki vəzifəli şəxs Prezident Aparatının kecmiş rəhbəri Ramiz Mehdiyevin kadrlarıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.