Xəzər Gəmiçlliyi idarəsi təhlükəsizlik şərtlərini saya salmır - Yük gəmisində insanları daşıyırlar...

21-02-2022, 18:00           
Xəzər Gəmiçlliyi idarəsi təhlükəsizlik şərtlərini saya salmır -
"Azneft İB sahə üzrə məsul şəxsin(şöbənin)diqqətinə!
Bildiyiniz kimi Orion tipli gəmilər sərnişin daşımaq üçün deyil ki, kimsə(yüksək vəzifəli şəxsin qohumu) ondan " su taksisi" kimi istifadə etsin. Belə ki, Orion gəmisi yenə Çilov adası Pirallahı arasında sərnişin daşımaqda davam edir. Düşünürəm ki, buna görə Azneft rəhbərliyi ilə yanaşı həm də Xəzər Gəmiçiliyi idarəsinə məxsus olan ORİON gəmisinin kapitanı da cəzalanmalıdır."
Teref.az yazır ki, bunu sosial fəal Mirvari Qəhrəmanlı yazıb. Daha sonra Mirvari xanım yazır:

"Ona görə ki:
1.Orion gəmisi yükdaşınması üçün nəzərdə tutulub,sərnişin yox
2.Gəminin göyərtəsini əhatələyən təhlükəsizlik çəpərləməsi yoxdur
3. Sərnişinlərin oturması üçün məkan olmadığına görə sərnişin daşımağa yaramır. və sərnişinlər üçün təhlükə yaradır.
Neftçilər yazır ki, sərnişinləri Orion gəmisinə yerləşdirən İgidəlinin və Daşqın İsgəndərovun qohumu dispeçer Mətləbdir. Əvvəl gəmiyə yük vurur,sonra 12 nəfər insan!
Qeyd: Xəzər Gəmiçlliyi idarəsi tərəfindən bu gəmiyə rəsmi" sərnişin daşıma icazəsi "verilib?""
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.