Penitensiar Xidmətdə daxili “çəkişmə”lər
16-04-2016, 23:47
Prezident İlham Əliyevin martın 17-sində imzaladığı əvf fərmanının bir çox mətləblərə görə humanist addım kimi qiymətləndirən Beynəlxalq Təşkilatlar ölkə prezidentinin atdığı bu addımı yüksək qiymətləndirdi.
Son günlər ölkə mediasının gündəmindən düşməyən Penitensiar Xidmətin cəzaçəkmə müəsisələrində baş verən hadisələr Mədət Quliyevin Penitensiar Xidmətin rəisi vəzifəsindən ayrılmasından sonra ard-arda baş verməsi,bununla bağlı İşgəncələrə qarşı Avropa Komitəsinin cəzaçəkmə müəsisələrindəki acınacaqlı vəziyyətlə bağlı narahatçılığı təbii ki ciddi araşdırılmasına ehtiyac olan məsələdir. Belə ki, martın 29-30-da aidiyyatı məsələ ilə bağlı Avropa Komitəsinin məhz 14 saylı cəzaçəkmə məntəqəsində,eləcə də 6-saylı cəzaçəkmə məntəqəsində olmaları və son məlum ölüm faktlarını araşdırdıqları haqqında məlumatlar var.
Beləliklə 5 ay müddətində Pentenisiar Xidmətdə baş verənlər indiyə qədər bu sistemdə baş verənləri kölgədə qoydu.
teref.az yazır ki, Asiya.info-nun məlumatına görə bütün bu olayların baş verməsində elə sistemin içərisində baş verənlər bu xidmətin rəisi olmaq iddiasında olanların mübarizəsinin “nəticəsidir”.Qurumun sabiq rəisi Mədət Quliyevin digər mühüm vəzifəyə təyinatından sonra Pentenisiar Xidmətdə yaradılan “idarəçilik” prinsipləri sanki qurumun rəisi olmaq uğrunda mübarizəsinə həsr edilib.
Son günlər isə ölkə prezidentinin əvf etdiyi bir çox məhbusların ard-arda mediyaya qapalı müəsisələrdə baş verənlərlə bağlı açıqlamaları təssüf ki,ölkəmizin imicinə beynəlxalq aləmdə ziyan gətirməkdən başqa bir nəticəsi olmayıb.
Xidmətə yeni iddialı namizəd ,yaxud Kürdaxanı olayları?
Məlumata görə hal-hazırda Penitensiar xidmətin rəhbər vəzifəliləri arasında ciddi qarşıdurma yaranıb.Əsasən hal-hazırda xidmətin rəis əvəzi Hüseyağa Əlixanov və Nizaməddin Cəlilov arasında aparılan gizli mübarizəyə yeni namizədin də adı əlavə edilib.Bu şəxs isə Bakı İstintaq Təcridxanasının rəisi Azər Seyidovdur.Hansı ki,17 martda imzalanan əfv sərəncamı ilə azadlığa çıxan NİDA üzvü olmuş Məmməd Əzizov müsahibə verərək Azər Seyidovun rəhbərlik etdiyi Bakı İstintaq Təcridxanasında və cəzaçəkmə müəssisəsində ona edilən təzyiqlərdən danışıb.
“ 3 aya yaxın qulağım eşitmədi. Sol qulağım konkret eşitmədi. İki həftəyə yaxın da normal gəzə bilmədim. Sonra düzəldi. Sonra Kürdəxanıya gəldim. Orda Azər Seyidov soruşdu: “Anarxistsən, ə, sən?” Dedim: “Hə”. Bir şillə. Yenə: “Anarxistsən, ə, sən?” Yenə: “Hə”. Yenə bir şillə. Gətirdi bir kitab verdi ki, get oxu, himni öyrən. Məni bir həftə karantində saxladı. Bir az problem yaratdı özü. Əslində heç kimi 3 gündən artıq saxlamırlar. Qanunvericilikdə necədi bilmirəm, amma normal halda 3 gün saxlayırlar. Məni 1 həftə saxladılar himn məsələsinə görə. Dedi: “Anarxistsənsə, oturmalısan burda”.
… İyilun ortasından sentyabrın ortalarına qədər – 2 ay, 1 həftə karsda olduq”
Məlumatalara görə Kürdəxanıya yenicə rəis təyinatı alan Azər Seyidov buradakı neqativ halların aradan qaldırılmasına yox,ilk işi təcridxanada “kadr islahatlrı” olub
AzNews.az-ın əldə etdiyi məlumata görə, təcridxana ədliyyə polkovniki Azər Seyidova həvalə olunan günün səhəri (yanvarın 22-si) Məmmədbağır və Kazım adlı iki çavuşu işdən qovub.
Bu şəxslərin vəzifələri kiçik olsa da, onların tutduqları post təcridxana rəhbərlərinin “pul kisəsi” hesab olunurmuş. Belə ki, onlar həbsxananın keçidində “xidmət edir”, dustaqlara görüşlər təşkil etməklə qaz vurub, qazanc doldururmuşlar. Yeni rəis isə gələr-gəlməz onları “vurdurub”. Belə ki, gözlənilmədən onların əyləşdiyi otağa qara maskalılar girərək, yoxlamalar aparıblar.
Məhz bu əməliyyatdan sonra onlar həmin postdan uzaqlaşdırıblar. Məlumatda o da qeyd edilir ki, Məmmədbağır və Kazım yeni rəisə həmin postda daha iki il qalmaq üçün külli miqdarda pul da təklif ediblər. Ancaq, Azər Seyidov bununla razılaşmayıb.
Çünki yazılmayan qanunlara görə, belə müəssisələrdə məhz həmin “görüş satılan” məntəqədə təcridxana rəhbərlərinin ən etibarlı adamları oturur.)…
Beləliklə mediada bu posta 4 namizədin adı hallanırdısa indi bu siyahıya : Adı bir çox neqativ hallarda hallandırılan Penitensiar Xidmətin rəis müavini Hüseynağa Əlixanov, digər müavin Nizaməddin Cəlilov, Ədliyyə Nazirliyi cəzaların icrasına nəzarət müfəttişliyinin rəisi Malik Ələkbərov və Penitensiar Xidmətin əməliyyat rəisi Mirsaleh Seyidovdan sonra Azər Seyidovun da adı əlavə edilib.Maraqlı məqamlardan biri isə Mədət Quliyevdən sonra dərhal Xidmətin rəis müavini Hüseynağa Əlixanovda müəsisələrarası yerdəyişmələrə başlayıb.Bu yerdəyişmələrə nə ehtiyac olduğu isə sirr olaraq qalır.Məlumatda daha sonra xidmətə yeni kadrların götürülməsində baş verən “əməllər”dir.Pentenisiar Xidmət bununla bağlı vakant yerlərlə bağlı “elan”da verib?
Məhkəmə sistemində “Triuqolnik”…
Məlumata görə Penitensiar Xidmətin rəis müavini Hüseynağa Əlixanov xidmətdə indiyəcən olmayan qaydalarla gündəmə gəlib.Belə ki,müəsisələrdə fəaliyyət göstərən ticarət köşklərinin təminatı dəyişdirilərək müəsisələrə həvalə edilib.Məlumatda o da qeyd edilir ki,sanki,Əlixananov müəsisələrdə “market”lər şəbəkəsi yaradıb.Əvvəllər təchizat bazasının rəisinin təmin etdiyi köşklər indi polkovnik İlham Məmmədovun əlindən alınıraq müəsisələrə həvalə edilməsi sual doğurur…Daha sonra mənbə qeyd edir ki,hal-hazırda rəqabət “tanımayan” Hüseynağa Əlixanov Mədət Quliyevdən miras qalmış 10–a yaxın kadrı işdən azad edib.Ən maraqlısı isə onun məhkəmə sistemindəki dayanaqlı qohumluq əlaqələrinə malik olmasıdır. Hüseynağa Əlixanovun Ali Məhkəmənin sədri Ramiz Rzayevlə,eləcədə Konsititusiya Məhkəməsinə qədər uzanan bir əhatəyə sahibdir.
Adları çəkilən hər bir şəxsin fikirlərini dinləməyə hazırıq!
teref.az