Lənkərandan xəbər var: Keçmiş yol polis rəisi övladına sahib çıxmır
17-04-2016, 23:15
Ötən yazılarımızda qeyd etmişdik ki, rayonlarda baş verən hadisələr bilərəkdən və ya bilməyərəkdən qanun keşiyində duran polis əməkdaşları tərəfindən inanılmaz şəkildə qeydə alınır.
Dosye.org-ın elektron ünvanına daxil olan şikayət məktubunda göstərilir ki, Lənkəran Rayon Yol Polis Şöbəsinin keçmiş rəisi Nəsimi Məmmədov işlədiyi müddətdə böyük biabırçılığa imza atıb.
Belə ki, “qəhrəman” rəis ömrünün mənalı çağında eşqə düşərək gözlənilmədən həyatın çeşmə-çeşli yollarının qurbanına çevrilib. Əslində keçmiş rəisin bu addımı onun ikinci həyat üçün önəmli idi. Amma düşünülməmiş sevgi həyatı sonda iflasa uğramaqla cəmiyyət arasında nifrətlə qarşılandı. Birgə yaşadığı xanım Səbahət İsmayılova bildirir ki, Nəsimi Məmmədov öz doğma övladına sahib çıxmır. Bu barədə ötən yazılarımızda geniş məlumat vermişdik.
Dosye.org-ın apardığı araşdırmalarına görə, Nəsimi Məmmədov yuxarıda qeyd etdiyimiz şəxsi problemlərindən əlavə dövlətdən də kifayət qədər qazanc əldə edib. Əslən Masallı rayonu Türkoba kəndindən olan N. Məmmədov rəis işlədiyi dövürdən əldə etdiyi vəsait hesabına biznes və obiyektlərə sahib çıxıb. Lənkəranda, Masallıda və Bakıda evlər inşa etdirən rəis, heyvandarlıqdan gələn gəlir hesabına PRADO markalı avtomobili ilə istirahət edir.
Düzdür, rəis təqauda çıxmaqla özünü sığortaladı. Lakin işlədiyi dövürdə yol verdiyi ciddi nöqsanlar araşdırılmalı idi. Mənbəmiz daha sonra əlavə edir ki, Nəsimi Məmmədov Lənkəranda yol polis rəisi işlədiyi dövürlərdə vətəndaşlara qənim kəsilib. Hətda vəziyyət o həddə çatıb ki, rayonda sürücülər aylıq haqq verməli olub. Bütün bunların hesabına mülklərə sahib olmaq əlbətdə ki, Nəsimi Məmmədov üçün arzu idi.
Bir faktı vurğulayaq ki, qanun keşiyində duran polis nəfərləri hər zaman asayışımız uğrunda mübarizə aparmalıdır. Təbii ki, ölkədə əminamanlıq, sabitliy polislərimizin şərəflə xidmətindən xəbər verir. Bəzən elə hallar olur ki, rəis vəzifəsinə sahib olan şəxs, polisə yaraşmayan hərəkətlərə yol verilir.
Lənkəranda baş verən son hadisə və Nəsimi Məmmədovun inanılmaz addımı bunu deməyə əsas verir. Əfsuslər olsun ki, qeyd etdiyimiz məsələ aidiyyəti qurumlar tərəfindən araşdırılmadı. Dosye.org olaraq bir daha bildiririk ki, haqq ədalət heç zaman üzülməz. Və qanun qarşısında Nəsimi Məmmədov haqlı iddialara cavab verməli olacaq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
teref.az