SƏFƏR ƏBİYEV AĞSU REGİONAL QAZ İSTİSMARI İDARƏSİNİN RƏİSİNİ BİR ZAMANLAR NƏ ÜÇÜN İŞDƏN QOVUB

18-04-2016, 10:06           

Eldar Səlimovun Ağsu Regional Qaz İstismarı İdarəsinə rəhbər təyin edilməsindən sonra “ehtimala görə” olan hərəkətlər artıq kütləvi xarakter alıb.

Bir müddət öncə Ağsu Regional Qaz İstismarı İdarəsinə rəhbər təyin edilən Eldar Səlimov təyinatının elə ilk günündəcə, öncə illərdir ki, bu müəssisədə çalışan peşəkarları görəvlərindən azad etməklə, sonra isə abonentlərə guya işlətdikləri və ödəmədikləri təbii qazdan dolayı borclu olmaları ilə bağlı böyük məbləğli borc qəbzlərinin, bundan əlavə vətəndaşdan xəbərsiz ona məxsus mənzilin qaz sayğaclarının dəyişdirilməsi, prosesi zamanı “plombun qırılması”, bu vəziyyətin isə yüksək cərimə tətbiq eilməsi ilə nəticələndiyi ilə bağlı tərtib etdirdiyi aktlarla gündəmə gəldi. Conflict.az-a daxil olan məlumatda bu cür hadisələrdən biri də məhz 10 dekabr 2015-ci il tarixdə sakinlərdən birinə 130 manat borc qəbzi göndərilməklə başlayıb. Borc qəbzinin göndərilməsindən bir neçə gün sonra, yəni 06.02.2016-cı il tarixdə vətəndaşa təkrar 547 manat 60 qəpiklik yeni qəbz də təqdim edilir. Vətəndaş Qaz Təchizatı haqqında Azərbaycan Respublikası Qanunun və Qazdan İstifadə Qaydalarının tələbinə uyğun olaraq idarəni məhkəmə verib. Ağsu Regional Qaz İstismarı İdarəsinin nümayəndəsinə vətəndaşın vəkilinin “sizin müəssisə nəyin əsasında cərimə tətbiq edib?” – sualına, idarənin nümayəndəsi “ehtimala əsasən” – cavabını verib. Bundan əlavə vətəndaşa tətbiq edilən cərimədə sayğacın dövlət yoxlanılmasından keçirildiyi üçün də tətbiq edilən cərimədə əlavə vəsaitdə tələb olunub. Halbuki vətəndaş bu məqsədlə Regional İdarəyə hər hansı müraciət etməyib. Beləliklə məhkəmə toplam olaraq vətəndaşa tətbiq edilən 643 manat 60 qəpik məbləğdə cərimənin tam qanunsuz olması ilə bağlı qərardad çıxarıb.

Lakin bu Regional İdarənin vətəndaşları sünu problemlə yüklədiyi ilk və son fakt deyil. Məlumatı verən mənbənin bildirdiyinə görə Eldar Səlimovun Ağsu Regional Qaz İstismarı İdarəsinə rəhbər təyin edilməsindən sonra bu kimi qanunazidd, “ehtimala görə” olan hərəkətlər artıq kütləvi xarakter alıb. Mənbə onu da bildirdi ki. Eldar Səlimovun bu cür hərəkətlərinin bəlli bir tarixi də var. E.Səlimov hələ Müdafiə nazirliyinin Abşeron Mənzil İstismarı İdarəsinin nəzdində fəaliyyət göstərən, Naximovda yerləşən MİS-in rəisi işləyərkən bu tip əmələrinə görə, məhz o zaman Müdafiə naziri olan Səfər Əbiyev tərəfindən işdən qovulub. Məlumatda qeyd olunur ki, S.Əbiyevin qardaşı ilə yaxın dostluq münasibətləri olan E.Səlimov hər yerdə özünü nazirin adamı kimi təqdim edirmiş. Rəqiblərini nazir qardaşına “nazirin əleyhinə danışır” – deyə “tanıdan” Eldar Səlimovun “sorağı” nəhayət S.Əbiyevə də çatıb. Nəticədə isə E.Səlimov dərhal görəvindən azad edilib.
Redaksiya hal-hazırda Ağsu Regional Qaz İstismarı İdarəsinə rəhbərlik edən E.Səlimovun bir neçə gün öncə məhkəmə tərəfindən əsassız hesab edilən cərimələrin bizə xatırlatdığı bu məsələ ilə bağlı, ümumiyyətlə yazıda adı keçən qurum və ya şəxslərində mövqeyini dərc etməyə hazırdır.
Mövzuya qayıdacağıq.
Qarşı tərəfin möqeyini işıqlandırmağa hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.