Qusarda korrupsiya rabitəsi, rabitə korrupsiyası... - İTTİHAM VAR
19-04-2016, 16:38
Məlumdur ki, bu gün Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatı bir çox müasir texnoloji sahələrin də dinamik inkişafı üçün əlverişli zəmin yaradır. Ölkəmizdə bu inkişafın xüsusi dinamikası ilə seçilən sahələrdən biri isə rabitə və informasiya texnologiyaları sahəsidir. Bu gün respublikanın rayon və şəhərlərində vətəndaşlara keyfiyyətli xidmət göstərmək üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyində bir sıra əsaslı islahatlar həyata keçirilsə də, nazirliyin tabeliyində olan bəzi struktur bölmə rəhbərlərinin səriştəsizliyi, yol verilən özbaşınalıqlar və korrupsiya halları bu sahədə hələ ki, təcili həllini gözləyən ciddi problemlərin mövcudluğunu diqqət mərkəzinə çəkir. Qəzetimizin ötən saylarında biz bəzi bölgələrimizdə fəaliyyət göstərən telekommunikasiya qovşaqlarının qeyri-qənaətbəxş işimdəm bəhs edən tənqidi materiallar dərc etmişik. O cümlədən redaksiyamıza daxil olan məlumatlardan belə nəticəyə gəlmək olur ki, bu gün Qusarın telekommunikasiya qovşağı da öz fəaliyyəti ilə rayon sakinlərinin ciddi narazılıqlarına səbəb olan müəssisələr sırasındadır. Təsadüfi deyildir ki, Qusarın rabitə sistemində movcud olan problemlər, eləcə də qovşağın rəisi Fərhad Pirmətovun yol verdiyi ciddi qanun pozuntuları son vaxtlar ölkə mətbuatının da diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Rayonda rabitə xidmətlərinin aşağı səviyyədə olması, vətəndaşların bu sahəyə olan tələbatının ödənilməməsi bu problemlərin yalnız bir hissəsidir. Bununla belə bizimdor.az-a təqdim olunan açıqlamalarda da bilidirildiyi kimi, keçmiş nazir Əli Abbasov tutduğu vəzifədən kənarlaşdırıldıqdan sonra bu qovşağın fəaliyyətində mövcud olan bir çox problemlərin üstü açılmağa başlayıb. İlk növbədə redaksiyamıza daxil olan məlumatlarda vurğulanır ki, məhz Fərhad Pirmətovun Qusar telekommunuikasiya qovşağına rəis təyin olunmasınfan sonra rayonun rabitə və internet sistemi iflic vəziyyətə düşüb. Mənbənin deməyinə görə, bu gün rayonun əksər kəndlərində əhalinin telefonlaşdırılması ürəkaçan səviyyədə deyil. Bu istiqamətdə heç bir irəliləyişlərə nail olunmayıb. Rabitə sahəsi inkişafdan qalıb. Qusarın rabitə sisteminin inkişafı məqsədilə ayrılan büdcə vəsatləri düzgün şəkildə xərclənmir. Qeyd olunur ki, elektron ATS-lərin və HDSL tipli transmissiya avadanlığının alınması üçün nəzərdə tutulan büdcə vəsaitlərinin böyük bir hissəsi müxtəlif maxinasiyalar sayəsində mənimsənilib. Lakin iddialara görə, Fərhad Pirmətov bu vəziyyətə görə məsuliyyəti heç də öz üzərinə götürmək niyyətində deyil. Belə ki, qovşağın rəisi bir neçə dəfə verdiyi açıqlamalrda bu sahənin ölkədə ümumiyyətlə zəif inkişaf etdiyini vurğulayıb. Digər tərəfdən isə bölgələrimizdə, o cümlədən Qusar rayonunda informasiya texnologiyalarının geniş tətbiqi istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərin miqyası bu kimi iddiaların əsassız olduğunu aşkar sübut edir. Digər tərəfdən də, rayondakı mənbələr iddia edirlər ki, Fərhad Pirmətov tərəfindən hesabat və məruzələrdə təqdim olunan rəqəmlər şişirdilmişdir. Əhaliyə təklif olunan xidmətlər, xüsusilə də internet xidmətləri isə, çox aşağı keyfiyyətdədir. Lakin artıq qeyd etdiyimiz kimi ölkədə gedən mütərəqqi proseslər, hər gün artan tələbatlar korrupsioner məmurların gözlərinin doyacağı vaxtı gözləyə bilməz. Buna görə də mövcud problemlərn həlli üçün ilk növbədə Rabitə və Yükdək Texnologiyalar Nazirliyinin, eləcədə “Aztelekom” İB-nin rəhbərliyinin tətbiq etdikləri kadr siyasətində müəyyən zəruri dəyişikliklərə ehtiyac duyulduğunu demək olar.
Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
TEREF.İNFO