Bakıda Qarabağ əlillərinin başına necə müsibət açırlar - Bu təzyiqləri Ziya Məmmədovmu körükləyir?

19-04-2016, 17:20           
Bakıda Qarabağ əlillərinin başına necə müsibət açırlar - Bu təzyiqləri Ziya Məmmədovmu körükləyir?
Bakıda Qarabağ əlillərinin başına oyun açırlar. Bu barədə DİA.AZ-a şikayət edən bir qrup 1-ci Qarabağ müharibəsi veteranlarınının narazılığı ortaya atılmış işbazlardan və onları Nəqliyyat Nazirliyində himayə edən şəxslərdəndir.

Dia.az-a yazan əlillər bildirir: "Son illərdə Respublikanın və xüsusilə də Bakı şəhərinin nəqliyyat sektorunda aparılan islahatlar və müasir prinsiplərə cavab verən hərtərəfli yenilənmə, sistemli və kompleks tədbirlər bu sahənin təzimlənməsinə xidmət etmişdir. Qeyd edək ki, geniş və müasir tələblərə cavab verən bu islahatlar vətəndaşların rahat və təhlükəsiz daşınmasına yönəlmiş tədbirlər planının davamıdır. Əhali sıxlığının, intensiv hərəkətin artdığı hazırkı dövrdə bu sahədə əldə olunmuş müsbət nəticələrin səmərəliliyinin yüksəldilməsi, Bakı şəhərində nəqliyyat infrastrukturunun və şəhər nəqliyyatının işinin daha da yaxşılaşdırılması, o cümlədən ictimai nəqliyyatın tənzimlənməsi, sərnişindaşıma marşrutlarının optimallaşdırılması və nəqliyyat sahəsində xüsusi idarəetmə modelinin formalaşdırılması və eyni xətt üzrə fəaliyyətdə olan avtobusların ləğv edilməsi kimi tələblərə zərurət yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılması barədə cənab Prezident fərman imzalamışdır.
Qeyd edək ki, cənab Prezident fərmanla Nəqliyyat sisteminin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması xüsusilə də bu sahədə mərkəzləşdirilmiş vahid sistemin yaradılmasını nəzərdə tutan bir qanunun formalaşmasına tapşırıq verdi. Və bu fərmannan irəli gələn tələblərin işlənib hazırlanmasına da göstəriş verərək vahid idarətmə sistemi yaratdı. Amma çox təəssüflər olsun ki, bu gün bəzi nəqliyyatçılar və marşurut sahibləri yəni dırnaqarası sahibkarlar elə bu fərmanın mürəkkəbi qurumamış qnunsuz fəaliyyətə başladılar. 20, 36, 93, 40, 44, 24 saylı marşurut avtobusların xəttinə qanunsuz olaraq yeni bir 94 saylı marşurut açılır. Müəyyən olunur ki, bu ləğv olunmuş marşurutdur. Eyni xətt üzrə hərəkət etməsi də bir başa Cənab prezidentin fərmanına ziddir. Redaksiyay müraciət edən Bir qrup Qarabağ əlilləri bildirdi ki, “İ-Qafqaz “ firmasının rəhbəri İsmayıl və Əfqan qardaşları qanunsuz olaraq onlara məxsus marşuruta “İ-Qafqaz”firmasına məxsus ləğv olunmuş “94” saylı marşurut avtobuslarını elə həmin istiqamətdə xəttə buraxdırıb. Bu qanunsuz hərəkət Qarabağ əlillərini və veteranlarının haqlı narazılığına səbəb olub. Araşdırmalar nəticəsində məlum olub ki, “İ-Qafqaz ” firmasının bu istiqamətə avtobus buraxmağa qanuni sənədi yoxdur. Çoxsaylı Qarabağ əlillərini işlə təmin edən “36” saylı marşurutun icraçı direktoru fiziki şəxs Nəriman Süleymanovun dediyinə görə, xəttə avtobus buraxmaq üçün Bakı Nıqliyyat Agentliyinin xüsusi sənədi olmalıdır. Aldığımız məlumata görə “İ-Qafqaz” firmasına məxsus ləğv olıunmuş “94” saylı marşurutun “Bakı Nıqliyyat Agentliyi”ndən müvafiq sənədi yoxdur. Xatırladaq ki, “İ- Qafqaz” firmasının direktoru Əfqan və İsmayıl adlı şəxsdir. Nəqliyyatçılar arasında bu şəxsin adı heç də yaxşı insan kimi səslənmir.
Belə ki, adının çəkilməsini istəməyən nəqliyyatda mühüm vəzifədə çalışan mənbə deyir ki, bizim işlədiyimiz dövrdə Əfqanin bizim əleyhimizə yazdığı ərizələrin sayı yüzlərlə idi. Başqa-başqa adamların adına yazdığı yüzlərlə ərizənin bir dənəsi də öz təsdiqini tapmırdı. Yalan və böhtan üzərində qurulmuş ərizələr elə özünə də qaytarılırdı".
Qarabağ əlilləri bildirir ki, “İ-Qafqaz” firmasının rəhbəri Əfqan adlı şəxs yuxarıda bildirdiyimiz qanunsuz fəaliyyətini ört-basdır etmık üçün xüsusi adamları üzərimizə göndərərk bizi təhqir etmiş, sonara da bizdən Daxili İşlər nazirliyinə, nazirliyin Banditizm Terrorizm bölməsinəvə Nizami rayon 24-cü polis bölməsinə guya döyülüb xəsarət almasıyla bağlı müraciət etmişdir. Bir şeyi nəzərdən qaçırıb ki, həmin qalmaqal bibaşa kameranın altında baş verib. Onun qəhrəman kimi təqdim elədiyi “Qarabağ Əlillərinin” bəzilərinin ayağı bəzilərinin gözü və digər bədən üzvləri döyüşdə ciddi xəsarət alıb . Ona görə də bizim kiməsə xəsarət yetirməmiz onun iddialarını birbaşa şübhə altına alır. Odur ki, məqsədi şantaja və böhtana söykənən “İ-Qafqaz ” firmasının rəhbəri Əfqan adlı şəxsə bildiririk ki, Qarabağda əsgərlərimiz erməni gülləsinə, Bakıda isə bizi kimi yarımcan “Qarabağ əlilləri” Əfqan kimi işbazların hədəfinə tuş gəlmişik. Biz vətən deyib döyüşəndə düşünmürdük ki, sağ qalacağıq. Qələbə arzusuyla döyüşmüşük. Məlum 2 aprel qələbəsi ilə bağlı da biz döyüşə hazır olduğumuzu bildirərək, müraciət etmişik. Onu olduğu kimi təqdim edirik.

Hörmətlə,
Nəriman Süleymanov 2 qrup Qarabağ əlili
Faiq Həsənov Qarabağ müharibəsi veteranı
Rauf Fərzəliyev 2 qrup Qarabağ əlili
Eldəniz Qasımov 2 qrup qarabağ əlili
Musali Novruzov 2 qrup Qarabağ əlili
Rafayıl Mirzəyev 2 qrup Qarabağ əlili
Habil Muradov Qarabağ veteranı
Əjdər Əhmədov Qarabağ veteranı
Xəyyam Nəsirov Qarabağ veteranı
Elşad Təhməzov Qarabağ veteranı
Rəsul Cəfərov Qarabağ veteranı
Maarif Hüseynov Qarabağ veteranı
Azər Xanəliyev Qarabağ veteranı".













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.