Seçicilərindən deputata ismarıc... - "Burada danışılan yalanın hesabı ağırdır"...

19-04-2016, 18:15           
Seçicilərindən deputata ismarıc... - "Burada danışılan yalanın hesabı ağırdır"...
teref.az yazır ki, 70 saylı Masallı şəhər Seçki Dairəsinin mandatını cibində gəzdirən Nəriman Əliyevdən daha bir şikayət DİA.AZ-a daxil olub. Belə ki, rayonun Səmidxan kəndinin bir qrup sakini adından redaksiyamıza ünvanlanan müraciətdə qeyd olunur ki, parlament seçkilərindən sonra deputatlarının üzünü görə bilmirlər.

Sakinlər dia.az-a yazır: "Nəriman Əliyev Səmidxan sakinlərinə çox vəd verib getdi. Bizi sanki ovsunladı. Bizə axırıncı görüşüdə "bütün gücümlə sizin etimadınızı doğrultmağa çalışacağam" desə də, bu gün verdiyi vədlər söz olaraq qalır.

Bunlar bir yana, dəfələrlə onunla görüşmək istəmişik. Ağsaqqallara belə rədd cavabı verib. Müxtəlif bəhanələrlə görüşdən qaçıb. Parlamentdə də 2 dəfə onu tutmaq istədik, maşınına minib aradan çıxdı. Az qala Milli Məclisin mühafizəçilərinin hamısı bizi tanıyır. Görən kimi Səmidxandakı durumu spruşurlar. Elə bil bizi ələ salırlar. Onları da qınamırıq. Deputatın arxasınca bu qədər sürünəndə, belə də olar".

Müraciətlərinin sonunda dia.az-a yazan sakinlər bildirirlər ki, saytımız vasitəsilə deputata bu sözlərin çatdırılmasını istəyirlər: "Zəhmət çəkib buralara gəlməyin. Sizi daşqalaq edə bilərlər. Masallı adət-ənənəsi olan yerdir. Burada danışılan yalanın hesabı ağırdır".

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru