Liseyin torpağı icarəyə verilib – Saatlıda

20-04-2016, 14:08           

Saatlı peşə liseyinin müəllim və şagirdləri təcrübə keçməyə ayrılmış 80 hektar yardımçı torpaq sahəsini "işğaldan” azad etmək istəyir.

Bu barədə Vizual.az-a Afiq Sadıxov yazıb. Ancaq uzun illərdir ki, buna nail ola bilmirlər.
Məlumatda bildirilir ki, əvvəlki direktorlar Azad Rəşidov və İsmayıl Hüseynov məktəbin torpaq sahəsini 4 min manata icarəyə vermişdilər. 9 aya yaxındır ki, heç kimi liseyə direktor təyin edə bilmirlər. Çünki "direktor haqqı” çox bahadır. Qalan bircə 80 hektar torpaq sahəsidir. Ondan da ildə 4 min xeyir gəlir.
Hazırda liseyə 69 yaşlı Teyyub Babayev rəhbərlik edir. Halbuki, qanuna görə, yaşı 65 –dən yuxarı olan pedaqoji işçi rəhbər vəzifədə ola bilməz. Teyyub müəllim isə həm direktor əvəzi, həm də müavindir.
Neçə vaxtdır ki, məktəbin müəllim və şagirdləri liseyin 80 hektar torpaq sahəsini Teyyub Babayevin "işğalından” azad edə bilmirlər. Soruşan da yoxdur ki, niyə liseyə məxsus təcrübə sahəsini kimlərəsə icarəyə vermisən?
Teyyub müəllimin peşə liseyində müftə qazanc yeri təkcə təcrübə sahəsini "işğal etməsi” deyil. Liseyin müəllimlərinə dərs saatı çatmadığı halda, o, digər məktəblərdən adı olub, özü olmayan saathesabı "müəllimləri” də öz biznesinə qoşub. Qarşı tərəfi dinləməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru