Kürdəmirdə sosial müdafiə sistemi əxlaqsız və rüşvətxorlar məkanıdır - Nazirə şikayət olundu
22-04-2016, 13:26
Kürdəmir sakini Zemfira Hacıyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikasının baş prokurorluğuna və Azərbaycan Respublikasının Prezident Administrasiyasına müraciət ünvanlayıb. Bir nüsxəsi də teref.az dia.az-a istinadən yazır ki, daxil olan müraciətdə ağır ittihamlar yer alıb. Müraciəti təqdim edirik:
"Şikayətim Kürdəmir rayon Əhalinin sosial müdafiəsi mərkəzində baş verən neqativ hallarla bağlıdır. Ölkə başçısı cənab İlham Əliyevin məlum fərmanı ilə ünvanlı sosial yardım avtomatlaşdırıldı. Bu fərman verildiyi gün hamı elə güman etdi ki, bu sahədə rüşvət faktoru aradan qalxacaq. Amma indi gələk Kürdəmir rayon əhalinin sosial müdafiəsi mərkəzinə. Burda rüşvət amili yenə qalmaqda davam edir.Amma yenilənmiş formada. Xüsusən bu sahəyə cavabdeh olan inspektorlar - Nemət İsmayılov, Hamil Hidayətov, Ramin mürsəlov və başda direktor Asif Abdullayev olmaqla münasib vətəndaşlara "işiniz keçəcəyi" təqdir getirib onlara "şirinlik" rüşvət vermələrini tələb edirlər. Məndə olan məlumata görə yuxarıda adı çəkilən şəxslər barədə sizə dəfələrlə müraciət olunsa da siz həmin müraciətlərə cavab verməmisiniz. Görünür bilavasitə həmin şəxslərin himayədarı məhz siz özünüzsünüz. Əgər belə olmasaydı siz həmin şəxslər barədə lazimi tədbirləri çoxdan görmüşsünüz. Həmçinin direktor Asif Abdullayev, Nemət İsmayılov , Ramin Mürsəlov və idarənin sürücüsü kimi taninan İmaməddin İbrahimov İdarəyə müraciət şəxslərə qarşı öz qeyri-etik əxlaqsız nalayiq hərəkətləri ilə seçilirlər. Və bunu sübut edəcək ki fayət qədər faktlar da var. Ümumiyyətlə Kürdəmir rayon əhalinin sosial müdafiəsi mərkəzi zahirdən bir dövlət idarəsini xatırlatsa da , daxili isə sözün əsl mənasinda bazardır. Yuxarıda adı çəkilən şəxslər barədə əlimizdə kifayət qədər iyrənc faktlar var. Lakin etikanı gözləyərək həmin faktları hələlik təqdim etmirəm. Ümidvarıq ki bu müraciəti nəzərə alacaqsınız".
teref.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq.
teref.az