Baş Prokurorluğun cinayət işi açdığı şirkət dayanmaq bilmir: Çayın yatağı 10 metr dərinliyində qazılır (VİDEO)

27-10-2022, 07:53           
Baş Prokurorluğun cinayət işi açdığı şirkət dayanmaq bilmir: Çayın yatağı 10 metr dərinliyində qazılır (VİDEO)
Lənkəran rayonunun Təngivan kəndi məhv edilməkdədir. Kəndin ortasından keçən Lənkərançay çayının yatağı Lənkəran icra başçısı Taleh Qaraşovun birbaşa olaraq himayə etdiyi “PROFCO” MMC tərəfindən intensiv şəkildə qazılaraq daşınmaqdadır.

AzToday.az xəbər verir ki, bu gün kənd sakinləri ilə şirkət nümayəndələri arasında insident olub. Sakinlər çayın yatağının qazılmasına etiraz eləsələr də, “PROFCO” MMC rəhbərliyi işləri dayandırmayıb.

Daha ətraflı video sujetdə:


Qeyd edək ki, “PROFCO” MMC-nin Lənkərançay çayının yatağını qazaraq daşıması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məhkəməyə müraciət edib. Həmçinin, şirkətlə bağlı Baş Prokurorluqda cinayət işi açılıb. Buna baxmayaraq, “PROFCO” MMC Lənkərançay çayının yatağını 10 metr dərinliyində qazmaqda davam edir…












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru