Masallı RİH tikintisi başa çatmış 450 m² obyekti “qanunsuzdur” deyə sökdü – Foto

7-11-2022, 09:58           
Masallı RİH tikintisi başa çatmış 450 m² obyekti “qanunsuzdur” deyə sökdü – Foto
Masallı Rayon İcra Hakimiyyəti rayon ərazisindəki qanunsuz tikilinin söküntüsünə başlanılması ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Yeniavaz.com xəbər verir ki, paylaşım müzakirələrə səbəb olub.

Belə ki, qurumun fotosunu paylaşdığı tikilinin tamamilə tikilib başa çatdırıldığı görülür.
İzləyicilər, tikinti tamamilə başa çatdırılana kimi Masallı RİH-in tədbir görməməsini tənqid ediblər.
Qurumun yaydığı məlumatda deyilir:

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təklükəsizliyə Nəzərət Dövlət Agentliyinin qərarı (05 noyabr 2022-ci il -Qərar N 005) ilə Masallı şəhəri Səfəralı Məmmədov küçəsi ilə Qarabağ küçəsinin kəsişdiyi ünvanda Masallı şəhəri, Seybətin küçəsi ev 38 ünvanında yaşayan, İsmayılov Azər Əşrəf oğlunun qanunsuz hüquqi sənədi olmadan 5 (beş) mərtəbəli yaşayış binasına bitişik vəziyyətdə, binanın ümumi mülkiyyətində olan dövlətə məxsus torpaq sahəsində qanunsuz tikilmiş yüngün konstruksiyalı 448.0 kv.m olan obyektin söküntüsünə başlanılmışdır”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru