"Azercell" abunəçiləri ÇİLƏDƏN ÇIXARIR... - "Bir azdan telefonumuz dilə gələcək..."

7-11-2022, 12:47           
"Azercell" abunəçiləri ÇİLƏDƏN ÇIXARIR... -
Bir neçə gündür ki, Azercell mobil operatorundan kütləvi narazılıqlar var. Xatırladaq ki, keçən günlərdə DİA.AZ olaraq gundeminfo.az-a istinadla xəbər verdik ki, bu barədə sosial şəbəkədə xeyli insan narazılıq edib. İstifadəçilər qeyd edirlər ki, bir neçə gündür ki, Azercell mobil operatorunun abunəçiləri balanslarına vəsait yükləsələr də həmin vəsaitlər hesabda görünmür.

YAZISI BURADA: Bir gün `Azercell`in kartını QIRIB ATACAQLAR... - TOTAL NARAZILIQ

Bu dəfə isə DİA.AZ-a daxil olan müraciətdə şikayətçi düşən "Azercell" abunəçilərini əsas gileyi bu mobil opreatorun internet xidmətini keyfiyyətsizliyindəndir.

Redaksiyamıza yazan tanınmış jurnalistlərdən biri (adının çəkilməməsi şərtilə) qeyd edir: ""Azercell"in interneti elə bil köhnə arabanı, ya da tısbağanı xatırladır. Elə bil bu inkişaf-filanın "Azercell"ə aidiyyatı yoxdur.

Əvvəllər necə ki internetə qoşulanda köhnə vaxtlarda modem səs çıxarardı, cüyültü-filan gələrdi.... İndi də "Azercell" elədir. Tək çatmayanı telefonumuzun "Azercell"in internetinə qoşularkən cüyüldəməsidir... Bir azdan telefonumuz dilə gələcək..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru