İran Azərbaycandakı agentlərinə yüz minlərlə avro ödəyib - İFŞA - FOTO

8-11-2022, 00:11           
İran Azərbaycandakı agentlərinə yüz minlərlə avro ödəyib
İranın "Black Rewards" haker qrupu İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının Azərbaycandakı iranlı agentlərinə ödənişlər barədə məlumatların yer aldığı daxili sənədlərini yayıb.

Hurriyyet.Az-ın sosial şəbəkələrdə yayılan məlumat və sənədlərə istinadən verdiyi məlumata görə, bunlar sözügedən qurumun rəsmi blankında xarici işlər nazirinin maliyyə və inzibati məsələlər üzrə müavini Muhammed Fath Aliyə ünvanlanmış məktublardır.

Sənədlərdə İran agentlərinin müxtəlif ölkələrdəki hesablarına yüz minlərlə avronun köçürülməsi tələbi var.

O cümlədən, 2022-ci ilin yanvar və mart aylarında Bakıya 47 158 və 75 000 avro, Naxçıvana isə 15 083 və 30 000 avro köçürülüb.

2022-ci ilin aprelində Bakıya daha 40 000 avro köçürülüb.

2022-ci ilin aprelində Moskvaya 40.000 avroluq transfer də diqqət çəkir.

Köçürmələr İranın dövlət bankından həyata keçirilib.

Məqaləyə dair fotomateriallar:














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru