Xaçmazda acınacaqlı mənzərə... - Vətəndaş ÇARƏSİZ DURUMDA
8-11-2022, 11:38

Caykənarı məktəbinin qarşısından qaz xətti keçməsinə baxmayaraq məktəbə yanar qaz verilmir. Təmirsiz məktəb, istilik sisteminin olmaması, üstəlik də müəllim çatışmamazlığı sakinləri təngə gətirib.
Məktəbdə əsas fənnlər tədris olunmur
Xaçmazın qəhrəmanı şəhid Yavər Şahbazovun adını daşıyan bu məktəbdə 250 şagird təhsil almasına baxmayaraq tarix, Azərbaycan dili və ədəbiyyatı, ingilis dili, fizika, kimya müəllimi yoxdur. Tədris ili başlayandan bəri əsas fənləri tədris edəcək müəllimlərin olmaması şagirdlərin ötən hər gün dərsdən geri qalmasına səbəb olur.
Məktəbdə hazırda 17 müəllim fəaliyyət göstərir. Valideynlərin sözlərinə görə, bundan öncə məktəbə çalışmaq üçün gələn müəllimlər olub. Ancaq məktəbin təmirsiz, yolların bərbad vəziyyətinə görə davam etməyiblər.
Sinif otaqları odunla qızdırılır
Valideynlər deyir: Təhsil ocağı 60-cı illərdə tikildiyindən və bu günə qədər bir dəfə də təmir edilmədiyindən müasir dövrlə ayaqlaşa bilmir. Məktəbdə vaxtilə istilik sistemi olsa da, artıq sıradan çıxıb. Sinif otaqları odunla qızdırılır. Yandırmaq məqsədi ilə məktəbə yaş odun verilir. Yaş odunu sobaya qoyanda sinifi tüstü bürüryür. Halbuki məktəbin önündən mərkəzi qaz xətti keçir. Belə məktəb olar? Məktəbin heç direktoru da yoxdur.
Valideynlər deyirlər ki, məktəbin qarşısında quruyan ağac var. Bu ağac da uşaqların həyatı üçün təhlükədir. Ağac hər an aşa bilər.
Valideynlər məcbur olub övladlarını başqa kəndlərdəki məktəblərə aparırlar ki, bu da onlara baha başa gəlir.
Məktəbin direktor əvəzi Elşən Sətiyev: Təhsil ocağında Azərbaycan dili və ədəbiyyatı, ingilis dili, kimya, fizika, tarix fənlərindən müəllimlərin olmaması yaxşı hal deyil. Ancaq yalnız tarix müəllimi işləmək üçün bir nəfər müraciət edib.
Odun tədarükünün vaxtında aparıldığını bildirən direktor əvəzi hələki məktəbi qızdırmağın başqa yolu olmadığını deyir.
Məsələ ilə bağlı Xaçmaz Regional Təhsil İdarəsindən Belediyye.net-ə bildirilib ki, müəllimlərin işə qəbulu ilə Təhsil Nazirliyi məşğul olur. Onların müəllimləri işə götürmək kimi səlahiyyəti yoxdur.
Rəsmi qurumdan tezliklə vakant yerlərə muəllimlər gələcəyinə ümid etdiklərini deyiblər.
TEREF.AZ Çaykənarı kəndindən Belediyye.net-in sujetini təqdim edir: