Hacıbala Abutalıbovun 23 illik fəaliyyəti yoxlanılmalıdır... - 18 ildə Hacıbala Abutalıbovun “qara kassiri” kim olub..?
10-04-2023, 00:04
Abutalıbovun “qara mühasib”ində cəmlənən milyardlar dövlətə qaytarılmalıdır...
Haqqında bəhs edəcəyimiz Hacıbala Abutalıbov 1995-2000-ci illərdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı işləyib. 2001-ci ilin yanvar ayından 2018-ci ilədək Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 21 aprel 2018-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib və hazırda təqaüdçüdür.
Birinci onu qeyd edək ki, adi fizika alimi olan və şəhər təsərrüfatından, tikintidən, inşaatdan başı çıxmayan Hacıbala Abutalıbov Bakı şəhərinin tarixinə elə bir zərbə vurub ki, bunu heç vaxt aradan qaldırmaq mümkün olmayacaq. Bunu qoyaq bir kənara.
Təsəvvür edirsiniz, 18 il paytaxt Bakının rəhbəri olan Hacıbala Abutalıbov dövlətdən milyardları götürüb. Və bu gün sakit həyatını yaşayır...
Təsəvvür edirsiniz, 2018-ci ildə işdən çıxacağını bilən Hacıbala Abutalıbov 12 sahibkarı aldadaraq onlardan 100 MİLYON MANAT pul alıb və sonra vəzifəsi ilə vidalaşıb. Həmin aldanmış sahibkarlar neçə ildir ki, Hacıbala Abutalıbovu TUTMAĞA çalışırlar.
Bütün bu işlərin mərkəzində bir fiqur var, hal-hazırda milyardlarla dəyəri olan varidata malik olaraq, indiki halda öz kefinə baxan, Bakı Şəhər İcra Hakimiyyətinin “Qlavbuxu”, yəni “Baş mühasibi”... Özü də “Qara mühasibi...” Xahiş edirik, səhv salmayın, söhbət Bakı ŞİH-nin maliyyə İdarəsindən getmir... Söhbət şəhər meriyasının “qara mühasibat”lığından gedir. İstər-istəməz ortaya sual çıxır ki, 18 ildə Bakının meri olan Hacıbala Abutalıbovun “qara mühasibi”, “qara kassiri” kim olub ki, həmin şəxsin əlində olan varidat hesabına Qarabağı bütöv tikib qurtarmaq olar..?
Əgər dövlət qurumları həqiqətən bu məsələni ciddi və obyektiv araşdırmaq istəsə, biz Hacıbala Abutalıbovun “qara kassiri” barədə bildiklərimizi dövlətçiliyimiz naminə bölüşə bilərik. Ki, dövlətdən oğurlanan və hazırda “POÇT PULU” deyilən şərti HESABDA olan milyardlar dövlətimizə qaytarılsın. Tez-tez deyirmişlər ki, “poçta” 3, sonra 5, daha sonra 10.... “Poçta” daxil olan pulları müəyyən etmək lazımdır... Amma bu pulların hamısı həmin "qara kassa"nın özündə cəmləşib.
Biz hələ Hacıbala Abutalıbovun yüz milyonluq mülkləri barədə danışmaq istəmirik.
Buyurun bu əmlakın bir qisminə nəzər salın: Nərimanov rayonundakı Yaşıl bazar və Keşlə bazarı. Füzuli küçəsi 39 ünvandakı “sürüşən bina”nın birinci mərtəbəsi. Qış parkındakı Zanbaq, İnnab və Palıd kafe-restoranları. Bakıxanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsindəki Sütiş restoranı. Nəsimi rayonu 647 –ci məhəllədə yaxını Səmayə Abdullayevanın adına sənədləşdirilmiş 103 kvadratmetrlik sahə. Nərimanov rayonunda, Yusif Vəzir Çəmənzəminli küçəsində Səmayə Abdullayevanın adına sənədləşdirilmiş 113 kvadratmetrlik sahə. Yasamal rayonu, “Ovçular evi” yerində salınan parkdakı “Özsüd” restoranı. Nizami rayonundakı Mehdi Abbasov küçəsində “Bakelektrikşəbəkə”nin anbarları və qarajını da özəlləşdirilib və hazırda icarə əsasında obyekt işləyir. Bakı Avtovağzal Kompleksinin qarşısında 3 mərtəbəli restoran. Rəşid Behbudov küçəsində, XDU-nin yanında 7 mərtəbəli Biznes mərkəzi. Hüseyn Cavid bağındakı çay evi. Nərimanov rayonunda Bakı şəhər Ticarət Departamentinin yerləşdiyi inzibati bina. Binəqədi rayonunda Heydər məscidinin yanındakı çoxmərtəbəli Mərasim evi. Balaxanı qəsəbəsində bir zavod. Yasamal rayonunun Qurban Xəlilov küçəsində, Vergilər Xidmətinin arxasındakı parkda bir neçə kafe. Və oğlu İsrafilin Londonda, Türkiyədəki 100 milyonluq mülkləri...
Bəli, əlahəzrət məntiq deyir ki, Hacıbala Abutalıbovun bütün gizlinləri ortaya çıxmalıdır. Bu Hacıbala Abutalıbovun haqqında bildiklərimizin cüzi bir hissəsi.
Gəlin görək, Hacıbala Abutalıbovun "qara mühasibi" olan təhsilsiz qohumunu vəzifəyə yerləşdirən bu şəxs kimdir? Bu şəxs kimdir ki, 800 manata yaxın məvaciblə Bakı şəhərinin ən görkəmli yerlərində böyük məbləğdə hesablanan mülklərə malikdir? Azərbaycanın əksər rayonlarında villalara, böyük torpaq sahələrinə sahiblənib. Külli miqdarda nəğd pula malikdir. Onlarla adamın həbsinə nail ola bilib. Əli Rüstəmovun adından necə istifadə edir?
P.S. Bu və ya digər faktların daha dərindən araşdırılaraq, cəmiyyətə çatdırılması vətəndaşlıq borcumuzdur.
gundelik baki.com