Sahibkar tanınan şəxs məmurları şantaj edirmiş... - İDDİA
15-04-2023, 08:36
İnsanlar səhər yuxudan oyananda xoşməramlı əməllər barədə düşünərlər, çalışarlar ki, gün ərzində savab əməllərin sahibi olsunlar. Özünü iş adamı kimi qələmə verən Müqayis Verdiyev isə yuxudan duran kimi heç əl-üzünü yumadan fikirləşir ki, bu gün kimə şər atmalıyam, hansı məmuru şantaj etməliyəm, kimin evini yıxmalıyam, kimdən pul qopartmalıyam, hansı jurnalisti, hansı saytı özümün şər-böhtan şəbəkəmə qoşmalıyam....
Bir sözlə, səhər açılan kimi Müqayis Verdiyevin ŞƏR-BÖHTAN MAŞINI işə düşür. Bu adam heç olmasa müqəddəs Ramazan ayında barı pis əməllərindən əl çəkmir. Müqayis Verdiyev kimə salam verirsə onu inandırmağa çalışır ki, bu yaxınlarda məni Nəsimiyə icra başçısı qoyacaqlar. Gəl, o icra başçısı haqqında gözdənsalma kompaniyasına başla, sonra isə ətrafında olan özüxislətli dostlarına deyir ki, gedin böyük məmurlar barəsində dövlət qurumlarına şər-böhtan dolu teleqramlar vurun, bu da sizin pulunuz...
Heç bir təhsili olmayan, 5 dəfə həbsxana həyatı yaşayan Müqayis Verdiyev hər yerdə deyir ki, şirkətlərim abadlıq və quruculuq işlərində iştirak etmək üçün tenderləri udur amma...
Biz əldə etdiyimiz məlumata görə, Müqayis Verdiyev indiyə qədər heç bir tenderdə iştirak etməyib. Əgər bu şəxs heç bir tenderdə iştirak etmirsə, necə ola bilər ki, hansısa bir iş götürsün və həmin işi icra etsin. Sonda kimsə buna borclu olsun. Bu Müqayis Verdiyevə deyən lazımdır ki, ay Müqayis tenderi udmaq üçün birincisi savadın olmalıdır, ikincisi savadlı layihə yazmalısan ki, sənin yazdığın layihə tenderin qalibi olsun. Axı, sənin 4-cü sinif səviyyəsində savadın yoxdur, maliyyə işlərindən də başın çıxmır. Sən hara biznes-layihə hara..?
Biləsən ki, səni bu yola təhrik edən, həmişə ağsaqqalım dediyin Vəfadar müəllim də bu yaxın günlərdə səndən qaçacaq, çünki, kimə 5 manatlıq bazarlıq edirsənsə, hamının yanında car çəkib bildirirsən ki, onun uşaqlarını mən saxlayıram.
Bu neçə illərdə sənin ətrafında bir nəfər də olsun savadlı şəxs, mütəxəssis olmayıb. Tenderdə iştirak etmək üçün iş bacarığı olan qrupun, maliyyə və iqtisadi məsələlər üzrə savadlı komandan olmalıdır. Amma tanıyanlar bilir ki, Müqayis Verdiyev heç vurma cədvəlini bilmir. Bu adam bu günədək diplomunu bir nəfərə də göstərməyib. Belə olan halda sən tenderləri necə uda bilərsən, ay Müqayis..?
Bütün bunlara baxmayaraq Müqayis Verdiyevin şər-böhtan məsələsində tayı-bərabəri yoxdur. Müqayis Verdiyev vəzifəli adamlara yaxınlıq etmək üçün dəridən-qabıqdan çıxır, özünü onların buyruqçusu kimi aparır. Amma sonda zəhərli ilan kimi sancmaq, zəhərləmək istəyir... Bu adam şantaj və böhtanla təkcə özü məşğul olsaydı, dərd yarı idi. Müqayis Verdiyev təkcə özü yox, yaxın dostlarını da bu ŞANTAJ ŞƏBƏKƏSİNƏ qoşa bilib. Bu adamın xüsusiyyətlərindən biri də özünü yazıq, məzlum göstərmək, sızlamaq, ağlamaqdır ki...kimlərsə ona kömək etsin...
Sözün qısası, özünü rəzil duruma salan Müqayis Verdiyev kimlərdənsə sədəqə gözləyir... Müqayis Verdiyev hər yerdə deyir ki, mənim arxamda yüksək vəzifəli şəxslər dayanır, kimdən nəyi istəsəm ala bilərəm... Bu hiyləgər və bədniyyət adam təkcə oturub-durduğu aşağıları deyil, hətta yuxarıları da şantaj edə bilir... Və açıq-aşkar deyir ki, mənə məsləhət verənlər var, yol göstərənlər var. Ki, hər ay onların pulunu, haqqını verirəm.
Təsəvvür edirsiniz, bu sıradan bir şantajçı deyil e...mediası olan, məsləhətçiləri olan şantajçıdır... Hətta Müqayis Verdiyev jurnalistlərin adlndan bildirir ki, mənim əlimdə çoxlu mətbuat nümayəndələri də var ki, mən hər ay onlarla görüşərək bütün saytlarını maliyyələşdirirəm. Müqayis Verdiyev hansı vəzifəli şəxsdən reketçilik yolu ilə pul qopara bilmədikdə, dərhal onları mediada ifşa etməyə çalışır. Bu adamın hətta falabaxmağı, səsdinləməsi, kimlərəsə gizli qulaq asması da var. Ağlınıza müasir dinləmə aparatı-zadı gəlməsin ee...
Müqayis Verdiyevin falabaxan, dua yazan dəstəsi də var. Hər ay onlara xeyli miqdarda pul verir, kimlərinsə dilini, ağzını bağladır. Bu adam vəzifəli şəxslərin kimlərləsə danışığını az qala nöqtəsinə, vergülünə qədər deyə bilir. Deyir istənilən dövlət qurumunda mənə işləyənlər var. Bu adam indiyədək tikinti icazəsi alacağına söz verərək neçə-neçə şəxsə külli miqdarda pul atıb. Hər yerdə deyir ki, filan-filan icra başçıları dostumdur, nə lazımdırsa, edə bilərəm...
Bu adamın saxta sənədlər ustası olması da məlumdur. Yəqin ki, bir gün həmin sənədlərə görə, Müqayis Verdiyevi lazım olan yerə çağıracaqlar. Bax, onda Müqayis Verdiyevi içəridəki dostlarının yanına sürüyə-sürüyə aparacaqlar. //gundelik-baku.com//