Qusar RIH-in vəzifəli şəxslərin cinayət tərkibli hərəkətləri və Qusar RPŞ-nin Samur PB-nin təhqiqatçısı Xəqani Dadaşova verdiyi özlərini müdafiə edən şantaj xarakterli izahatları. SƏNƏDLƏR

2-11-2016, 23:06           

teref.aznun poçtuna gələn bu şikayət məktubunu sizə təqdim edirik:
Qusar rayonun Samur qəsəbəsindəki yaşayış evim, məhkəmənin qərarı olmadan Qusar RİHB-sı Şair Alxasovun şifahi tapşırığı əsasında İH-in vəzifəli şəxsləri, İH-in 1-ci müavini Şahid Fərəməzov, Nadirşah Məmmədov, İH-in sabiq agrar məsələlər üzrə müavini, hal-hazırda Azərbaycan Respublikası Qusar rayon kənd təsərrüfat idarəsinin rəisi Elşad Əlimuradov, İH-in sabiq əməkdaşı Mahir Mustafayevin rəhbərliyi ilə ekskavatorla sökülməsi ilə əlaqədar, müraciətim 31.10.2016-cı il tarixdə Teref İnfo qəzəti, Azərbaycan Respublikasnın digər K.İ.V-i tərəfindənişıqlandırılmaqla geniş ictimaiyyətə çatdırıldığı üçün bütün K.İ.V-nə dərin minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, həmin müraciətimdə bütün xüsusatlar, mənə qarşı edilmiş bütün ədalətsizliklər, qanunsuz hərəkətlər barədə ətraflı məlumat verə bilmədiyim üçün, bir daha Teref İnfo-ya müraciət edərək mənə qarşı edilmiş ədalətsizliklər barədə bütün qaranlıqməqamların işıqlandırılmasını xahiş edirəm. Yaşayış evim 02.06.2010-cu il tarixdə Qusar RİHB-sı Şair Alxasovun şifahi tapşırığı əsasında məhkəmənin qərarı olmadan sökülmüş, Şair Alxasovun qanunsuz tapşırığı ilə, İH-in hüquq şöbəsinin müdiri Telman Kazımov, İH-in əməkdaşı Nadirşah Məmmədov, İH-in sabiq agrar məsələlər üzrə müavini Elşad Əlimuradov, İH-in Memarlıq-tikinti şöbəsinin müdiri Şahabbas Saruxanov, Qusar RİHB-nın Samur İƏD-si üzrə səlahiyyətli nümayəndəsi Elxan Babayev. Samur bələdiyyəsinin sabiq sədri Ramiz Mürsəlov Qusar RPŞ-nin Samur PB-də aparılan təhqiqatla əlaqədar, sübutları saxtalaşdırmaqla, cinayət tərkibli hərəkət etmiş vəzifəli şəxslərin cinayət əməllərini müdafiə etmək məqsədilə, bilərəkdən həqiqəti əks etdirməyən, qeyri obyektiv, şər, böhtan xarakterli izahatlar verməklə, güya yaşayış evim mənim göstərişim əsasında, mənim iştirakımla söküldüyü və söküntü qalıqları da tərəfimdən aparıldığı barədə təhqiqatçı Xəqani Dadaşova qeyri obyektiv izahatlar vermiş, Xəqani Dadaşov da həmin izahatlara, tərəfimdən təhqiqat organına təqdim etdiyim sənədlərə hüquqi qiymət vermədən. təhqiqatı tam aparmadan, vəsatətlərimə-xahişlərimə heç bir əhəmiyyət vermədən, mülkiyyət hüququmu, qanunla qorunan Konstitusiya hüquqlarımızı qorumadan, cinayət işinin başlanmasının rədd edilməsi barədə qeyri obyektiv 01.10.2016-cı il tarixli qərar qəbul etmişdir. Qusar RPŞ-nin Samur PB-nin təhqiqatçısı , polis kapitanı, Xəqani Dadaşov tərəfindən qəbul edilmiş 01.10.2016-cı il tarixli qərardan narazı olduğuma görə, həmin qərarın ləğvi xahişi ilə, məhkəmə nəzarəti qaydasında Qusar rayon məhkəməsinə şikayət edilmiş, Qusar rayon məhkəməsi həmin şikayətimə baxaraq, Qusar RPŞ-nin Samur PB-nin təhqiqatçısı, polis kapitanı Xəqani Dadaşov tərəfindən qəbul edilmi, cinayət işinin başlanmasının rədd edilməsi barədə qəbul etdyi 01.10.2016-cı il tarixli qərarı ləğv edərək, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qusar rayon prokurorun diqqətini Azərbaycan Respublikası CPM-nin 207, 209, və 210-cu maddələrin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsini tapşırmışdır. Qusar RPŞ-nin Samur PB-nin təhqiqatçısı, pols kapitanı Xəqani Dadaşov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qəbul etdiyi 17.11.2015-ci il , 21.04.2016-cı il, 15.08.2016-cı il, 01.10.2016-cı il tarixli qərarlar, Qusar rayon məhkəməsinin 23.12.2015- ci il, 05.09.2016-cı il, 24.12.2016-cı il tarixli, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01.02.2016-cıil, 31.05.2016-cı il tarixli qərarları ilə ləğv edilərək, materiallar dəfələrlə qanunamüvafiq qərarların qəbul edilməsi məqsədil təhqiqata prosessual rəhbərliyi həyata keçirən Qusar rayon prokurorluğuna geri qaytarılmışdır.Yaşayış evim söküldükdən sonra evimin söküntü qalıqları 5-6 günhəmin ərzində baxımsız, nəzarətsiz qalmış, 5-6 gündən sonra Qusar RİH-in sabiq əməkdaşı, Şair Alxasovun bütün qanunsuz tapşırıqlarını icra edən Mahir MustafayevQusar RİHB-nın mərhum qardaşı ANAKO tikinti şirkətində rəhbər vəzifədə işləmiş, sabiq MTN əməkdaşı ollmuş Nazim Alxasovun şirkətində işləyən 1 ədəd KON markalı böyük ekskavatoru, 4 ədəd təzə Mersedes markalı avtomaşınları gətirərək həmin avtomaşınlara yüklədərək, törətdikləri cinayət tərkibli hərəkətlərin izini itirmək məqsədilə naməlum istiqamətə apararaq zibilliyə tullamaq istəsə də, həmin qanunsuz hərəkət barədə mənə məlumat verilmiş, Mahir Mustafayevə bir saat yalvardıqdan sonra, özü idarə etdiyim vaz- 2107 markalı avtomaşınıma minərək, həmin ərazidə mövcud, mülkiyyətimdə olan üzüm emalı məntəqəsinə gələrək, bütün söküntü qalıqlarını şəxsən rəhbərlik etməklə, Mersedes markalı 4 ədəd maşınla daşıtdıraraq həmin ərazidə boşaltdırmışdır. Hal-hazırda da, həmin söküntü qalıqları maddi sübut kimi tərəfimdən məntəqə ərazisində məntəqə gözətçiləri tərəfindən qorunur. Dəfələrlə Qusar RİHB-nın qəbuluna getsəm də, Şair Alxasov qəbu günləri qəbulda iştirak etməmiş, 5-6 dəfə məni İH-in hüquq şöbəsinin müdiri Telman Kazımov cənabların 5-6 kv metr olan darısqal otaqda bir neçə əməkdaş qəbul edərək , şikayətimə baxılmamış, Şair Alxasovun hara sa getdiyi və ya Bakı şəhərində olduğunu bəhanə edərək, haqlı və əsaslı tələbim təmin edilməmişdir.Axırıncı dəfə Qusar RİHB-nın qəbulu günü Şair Alxasov qəbulda yenə də iştirak etməmiş, onun yanına buraxılmasını xahiş etdikdə isə, Şair Alxasovun göstərişi ilə, polis vasitəsilə həmin ərazidən qovulmuşam. Hesab edirəm ki, Qusar RİHB-sı Şair Alxasov vətəndaşların qayğıları, müraciətləri, haqlı şikayəyləri ilə maraqlanmır, vətəndaşların mülkiyyət hüquqlarını qorumayaraq, vətəndaşların mülkiyyətlərini zorla əllərindən almaqla, öz biznesi ilə məşğul olaraq, biznesin həcmini artırmaqla, vətəndaşların sosial qayğıları ilə maraqlanmayaraq, özünü Qu8sar rayonun Padşahı hesab edir. Təxminən 28-29 dekabr 2015-ci il tarixdə Qusar RİH-in hüquq şöbəsinin müdiri mobil telefonla mənə zəng edərək məndən Qusar RİH-nə gəlməsini xahiş etmişdir. Mən dərhal Telman Kazımovun yanına gedəndə, o. mənə dedi ki, sizə vurulmuş zərərə görə Qusar RİHB-sı Şair Alxasov sizə Qusar şəhəri ərazisindən fərdi yaşayış evin tikilməsi məqsədilə 4 sot torpaq sahə vermək istəyir. Həmin təklif mənə vurulan zərəri ödəmədiyi üçün Telman Kzımovla razılaşmayaraq, mənə vurulan zərərin tam şəkildə ödənilməsini xahioş etmişəm. Həmin xahişimə hələ də Qusar RİHB-sı Şair Alxasov tərəfindən heç bir cavab verilməmişdir. Evimin qanunsuz sökülməsi ilə əlaqədar Qusar rayon prokuroru Zahid Vəliyev cənablarına dəfələrlə müraciət edilmiş, 2 dəfə məni rəsmi olaraq qəbul edərək, bir yerdə Qusar RİHB-sı Şair Alxasovun yanına məni aparacağını bildirsə də, sonradan naməlum səbəblərə görə məni Şair Alxasovun yanına aparmamışdır. Hesab edirəm ki, Qusar rayon prokuroru Şahid Vəliyev cənabları şikayətim barədə Qusar RİHB-sı Şair Alxasova tələbim barədə məlumat vermiş, ancaq Şair Alxasov ona heç bir əhəmiyyət verməmişdir. Hesab edirəm ki, Qusar rayon prokuroru yaşayış evimi məhkəmənin qərarı olmadan, qanunsuz sökməklə, külli miqdarda pulumun oğurlanmasına şərait yaratmaqla, Azərbaycan Respublikası CM-nin 157, 177.2.3, 186.2.1, 308.1, 309.1-ci maddələrdə nəzərdə tutulan cinayət tərkibli hərəkət etməkdə təqsirli hesab etdiyim Qusar RİHB-sı Şair Alxasov, Şahid Fərəməzov, Elşad Əlimuradov, Mahir Mustafayev, Nadirşah Məmmədovun cinayət tərkibli hərəkətlərini bilərəkdən müdafiə etməklə. Qusar RPŞ-nin Samur PB-nin təhqiqatçısıpolis kapitanı Xəqani Dadaşova lazımı şərait yaratmayaraq, hətta onunişinə maneçilik törətməklə. haqlı və əsaslı iddia tələbimin təmin etməyərək Konstitusiya hüquqlarımızın qorunması üçün cinasyət tərkibli hərəkət etmiş vəzifəli şəxsləri cinayət məsuliyyətinə bilərəkdən cəlb etmir.Hesab edirəm ki, bütün vətəndaşlar qaqnun və məhkəmə qarşısında bərabər hüquqa mlik olmaqla, törətdikləri cinayət tərkibli hərəkətlərinə görə cinayət məsuliyyətinə cəlb edilməlidir.Ümidvaram ki, mənə qaşı ədalətsizlik etmiş bütün vəzifəli şəxslər kimliyindən asıllı olmayaraq Qusar rayon prokurorluğu tərəfindən cinayət məsuliyyətinə cəlb ediləcəkdir
Qusar şəhər sakini Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu.
teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
teref.az


























Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru