Lənkəran icra hakimiyyətinin başçısından gizli tapşırıq: Poçt sistemi niyə "donur?

3-11-2016, 12:57           

Azərbaycanın bəzi rayonlarında icra hakimiyyəti başçılarının işlərini düzgün qura bilməməsi, yerli əhalinin problem və qayğıları istiqamətində vaxtında və real addımlar atmamaları sonucda bütün şikayətləri mərkəzi hakimiyyətə indeksləşdirir. Ağır sosial vəziyyətin və məmur özbaşınalığının məngənəsində inildəyən bu cür rayonların əhalisinin çox az qismi şikayətlərini paytaxt Bakı şəhərinə- Prezident Administrasiyasına bildirmək üçün gələ bilirlər. Əksər vətəndaşlar maddi vəsait çatışmazlığı üzündən PA-na gedə bilmir, şikaətlərini faks və məktubla ölkə rəhbərliyinə ünvanlayırlar.

Qeyd edək ki, yerli rəhbərliyin bacarıqsızlığı ucbatından sosial vəziyyəti ağırlaşan rayonlardan biri də Lənkəran rayonudur. Heç təsadüfi deyil ki, ötən ilin sonunda devalvasiya zamanı lənkəranlılar məmur zülmünə etiraz olaraq Astara-Bakı magistral yolunu bağladılar.

Qlobal.az-a verilən məlumata görə Lənkəran rayonunda rayon rəhbərliyinin biganəliyi üzündən əhalinin sosial vəziyyəti daha da ağırlaşıb. Məlumata görə Lənkəran RİH-nin başçısı Taleh Qaraşov hətta o dərəcədə özünü toxunulmaz hiss edir ki, rayonun mərkəzi poçtuna Prezident Administrasiyasına ünvanlanan şikayət məktublarının əngəllənməsi üçün gizli tapşırıq verib.

Saytımıza verilən məlumata görə, onsuz da paytaxt Bakıya qışın oğlan çağında şikayətə gələ bilməyən lənkəranlılar şikayətlərini ölkə rəhbərliyinə poçt vasitəsilə ünvanlayırlar. Amma bunu da son zamanlar edə bilmirlər. Belə ki, Lənkəran rayonunda PA-na məktub ünvanlamaq istəyənlərə çox zaman poçtlarda sistemin "donduğunu”, serverin "işləmədiyini” bildirirlər.

Məlumatda deyilir ki, əslində poçt sistemində heç bir problem yoxdur. Sadəcə bu Taleh Qaraşovun gizli tapşırığıdır. Taleh Qaraşov bu gizli göstərişiylə ondan PA-na ünvanlanan şikayət məktublarının azalacağını düşünür. Ancaq Lənkəranlılar başçının işindən o qədər narazıdırlar ki, şikayət məktublarını qonşu Masallı və Astara rayonlarının poçtlarından ünvanlayırlar.

Məsələ ilə bağlı Lənkəran RİH-nin münasibətini öyrənmək istəsək də telefonumuza cavab verən olmadı.

Qarşı tərəf də münasibət bildirə bilər.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru