İcra başçısının qardaşı oğluna qarşı 3 MİLYONLUQ İTTİHAM
9-11-2016, 11:53

Ötən həftə Beyləqan rayon icra başçısı Vaqif Abdullayevin qardaşı oğlu Yunis Abdullayevin həbs olunması xəbəri yayıldı. Eyni zamanda, icra başçısının digər qardaşı oğlu Yalçın Abdulayev də dələduzluqda ittiham olundu.
Bu barədə mətbuata ilk olaraq vəkil Adəm Məmmədov açıqlama verdi. Odur ki, dünən sözügedən məsələ ilə bağlı vəkillə ətraflı söhbət etdik. Onun sözlərinə görə, bu dələduzluq faktı əvvəlcədən planlı şəkildə qurulub: “Xəyyam Nazim oğlu Balayevin vasitəçiliy ilə Yalçın Abdullayev Əziz Əliyevin, Eyyub Huseynovun və Mahirə Süleymanovanın xeyli miqdarda pulunu mənimsəyib, əmlaklarını öz adına keçirib. Belə ki, Xəyyam Balayev adlarını çəkdiyim şəxslərin dostu olub. O, bu işi Yalçın Abdullayevlə birlikdə hazırlayıblar. Xəyyam Balayev Eyyub Hüseynova deyib ki, mənim Sahib Əliyev adlı tanışım var, sən dörd evini onun adına girov qoy, etibarnamə ver, bunun müqabilində o, sənə 150 min pul verəcək. Sahib Əliyevə verilən etibarnamə ilə Eyyub Hüseynovun dörd evi 12 saylı notariusda Yalçın Abdullayevin atası Sabir Abdullayevin adına keçirilir”.
Vəkil qeyd etdi ki, X.Balayev Ə.Əliyevi də aldadıb: “Ona deyib ki, mən xaricdən mal vurmuşam, “rastomoşka” olmalıdır, 65 min dollar pul lazımdır. Əziz Əliyevin obyekti olub. Xəyyam deyib ki, sən obyektinin sənədlərini ver, girov qoyum, pul götürüm, iki aya qədər obyektini girovluqdan azad edəcəm. Əziz Əliyev də inanıb, Xəyyam Balayevə etibarnamə verib. Sonardan məlum olub ki, obyekt Sahib Əliyevə satılıb. Bu hadisə də 12 saylı notariusda baş verib”.
A.Məmmədov diqqətə çatdırdı ki, M.Süleymanovanı da X.Balayev aldadıb: “Guya, Sahib Əliyev həyatada görmədiyi Mahirə Süleymanovaya kredit müqaviləsi imzalayıb, 300 min pul verib. Ancaq Mahirə Süleymanova 300 min pulu almadığı halda, sənədi oxumadan qol çəkib. Bu dələduzluq faktı da həmin notariusda baş verib”.
Vəkil əlavə etdi ki, başqa epizoda görə də X.Balayev M.Süleymanovu aldadıb: “Mahirə Süleymanova mülkiyyətində olan avtomobilə dair Sahib Əliyevə etibarnamə verib. Sonra həmin etibarnamə əsasında Sahib Əliyev Yalçın Abdullayevin qardaşı Zaur Abdullayevə baş etibarnamə verib. Bir müddətdən sonra Zaur Abdullayev həmin avtomobili 12 saylı notariusda yenidən Sahib Əliyevin adına keçirib. Odur ki, bu notaruisun “fəaliyyətinə” istintaqın gedişində qiymət veriləcək”.
A.Məmmədov vuğuladı ki, Rauf Kərimov ilə Yalçın Abdullayevin dostluq münasibətləri olub: “Buna baxmayarq, Yalçın Abdullayev Rauf Kərimovun 1,5 milyon dəyərində olan yanacaq doldurma məntəqəsini 50 sot topaq sahəsi ilə birlikdə faiz adı ilə ələ keçirib. Eyni zamanda, 1 milyon dəyərində olan və Şıxovda yerləşən 50 sot torpağını ələ keçirib. Bundan əlavə, Rauf Kərimovun anasının 350 min dəyərində olan 3 otaqlı mənzilini də ələ keçirib. Rauf Kərimovun şirkəti olub. O, Yalçın Abdullayevin xeyrinə həmin şirkətdən imtina edib”.
Vəkil onu da ded ki, başqa epizod üzrə Beyləqan rayon İcra başıçısı Vaqif Abdullayevin digər qardaşının Yunis adlı oğlu da dələduzluq edib: “O,Yalçın Abdullayevin əmisi oğludur. Onun barəsində Nəsimi rayon polis idarəsində Müşviq Qubadovun icraatında iki ay bundan əvvəl həbs qəti imkan tədbiri seçilmişdi. 70 min dəyərində dələduzluq etmişdi. 70 mini ödədikdən sonra, həbsən azad ediblər. Azad edilməsinə baxmayaraq, istinataq gedir. Yunis və Yalçın Abdullayevlərlə bağlı yeni 5-6 epizod ortaya çıxıb. Biz ehtimal edirik ki, həbs ediləcəklər, barələrində hökm çıxacaq”.
Qeyd edək ki, dələduzluqda ittiham olunan Yalçın Abdulayevmətbuata açıqlamasında bu faktların yalan olduğunu bildirib: “Mətbuatda yayılıb ki, guya mən istintaq altındayam. Mənim haqqımda heç bir cinayət işi yoxdur, heç kimin də haqqını yeməmişəm. Yunis Abdullayev mənim əmim oğludur, onun bu işlərə heç bir aidiyyatı yoxdur. Özü də həbs olunmayıb”.
Y.Abdullayev qeyd edib ki, Mahirə Süleymanova özü “İnterpol” xətti ilə axtarışdadır: “Onun barəsində cinayət işi açılıb. Nərimanov rayon Polis İdarəsində bununla bağlı istintaq aparılır. Onların mənə 550 min dollar borcu var”.
Y.Abdullayev digər zərərçəkmiş R.Kərimovla bağlı da deyib ki, “biz Raufdan yox, Rauf bizdən 300 minlik maşın götürüb, pulunu hələ də ödəməyib”.
Y.Abdullayev onu da əlavə edib ki, Adəm Məmmədov onun vəkili olub: “İndi qarşı tərəfin vəklidir. Adəm Məmmədovun yaydığı məlumatla bağlı hüquq çərçivəsində addım atacağıq”.
Y.Abdullayevin barəsində verdiy məlumatları dəqiqləşdirmək üçün yenidən A.Məmmədovla əlaqə saxladıq. Vəkil bildirdi ki, Mahirə Süleymanovanın istintaqa cəlb edilməsi və axtarışda olması yalandır: “Nə də mən heç vaxt Yalçın Abdullayevin vəkli olmamışam”.
Vəkil əvvəl verdiyi məlumatda adıçəkilən zərərçəkmiş M.Saitqızının Mahirə Süleymanova olduğunu təsdiqlədi: “İstəmirdik adını çəkək, adı hallansın”.
A.Məmmədov Y.Abdullayevin mətbuata verdiyi məlumatın tam yalan olduğunu vurğuladı: “Zərərçəkmişlərin ona borcu yoxdur. Onun dedikləri böş söhbətdir. O, Rauf Kərimovun 2 milyon 880 min ABŞ dolları dəyərində əmlaklarını özünün və yaxınlarının adına keçirib”.