1200 ton pambığı qoruya bilməyən icra başçısı yola salınır-NİZAMƏDDİN QULİYEV SON ŞANSINI DA İTİRDİ

10-12-2016, 10:50           
1200 ton pambığı qoruya bilməyən icra başçısı yola salınır-NİZAMƏDDİN QULİYEV SON ŞANSINI DA İTİRDİ
Məlum olduğu kimi bir neçə əvvəl Goranboy rayonunda pambıq qəbulu məntəqəsində yanğın olub. Məntəqədə yığılan və hər biri təxminən 300 ton olan 4 pambıq tayası alışıb.
1200 ton pambığın yandırılması isə rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin növbəti dəfə yarıtmaz işini ortaya çıxarıb.
Ölkə başçısının və hökumətin əsas prioritetlərindən biri olan bu sahədə baş verən neqativ halın istənilən icra başçısı üçün xoş nəticə doğurmayacağı sirr deyil. Gununsesi.info-nun adıçəkilən rayondakı mənbələrdən aldığı xəbərə görə, Nizaməddin Quliyevin 1200 ton pambığı qoruya bilməməsi onun üçün ciddi problemə çevrilib. PA rəhbərliyi səviyyəsində ciddi şəkildə danlanan icra başçısının işçiləri onun telefon danışığından sonra ürək və təzyiq dərmanı içdiyinin şahidi olub.
“Kızıl kurkanları olayı”ndan sonra onsuz da hakimiyyət rəhbərliyinin gözündən düşən Nizaməddin Quliyev ona verilən son şansı da itirmiş oldu. Odur ki, yaxın zamanlarda icra başçısının yola salınacağı gözləniləndir.
Goranboy rayon icra hakimiyyəti aparatında çalışan şəxslərin saytımıza verdiyi xəbərə görə, Nizaməddin Quliyev yarıtmaz işinin nəticəsinə görə danlandığndan bunun heyfini işçilərdən çıxmağa çalışır. O, tabeçiliyində olan insanlarla sərt tərzdə danışır, onları acılayır. Ancaq işçilər başçısının bu dəfə kreslosu ilə vidalaşacağını bildiyindən ona reaksiya vermir.
Xatırladaq ki, Nizaməddin Qocayev icra başçıları arasında ən çox korrupsiya və digər neqativ əməlləriylə tanınır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru