75 MANAT PENSİYA ALAN ƏLİL ÖZÜNƏ QAZ XƏTTİ ÇƏKMƏLİDİR? ƏLİL-İSTEHLAKÇI SOSİAL İNFRASTRUKTURDAN MƏHRUMDUR
30-03-2017, 13:45

QAZ ,SU ,İŞIQ , RABİTƏ XİDMƏTİ ƏLİLLƏRDƏN QANUNSUZ ÖDƏNİŞ TƏLƏB EDİR
teref.az - Azərbaycan Respublikasında əlillərin statusu 25 avqust 1992-ci il tarixli “Əlillərin sosial müdafiəsi haqqında” qanunla müəyyən edilsə də , Konstitusiyanın 149-cu maddəsində qanunların icrasının və tətbiqinin hamıya ,icra ,məhkəmə hakimiyyətinə məcburi olması təsbit olunsa da ,illər keçdikcə sözügedən qanunun ,demək olar ,heç bir maddəsinə əməl edilmir .İcra hakimiyyəti qanunu tanımır ,məhkəmələr isə qanuna qadağa qoyurlar .ANA QANUNUN 133-cü maddəsi əsasında qanunların eyni cür və dürüst icra olunmasına nəzarət etməli olan baş prokurorluq susur, qanunverici hakimiyyət – Milli Məclis isə ən yaxşı halda qanunun adını çətinləşdirməklə işini bitmiş sayır .Elə qanunun kağız üzərində qalması nədənindən əlillər olduqca ağır durumda yaşamağa ,buna yaşamaq demək mümkünsə , məhkumdurlar .
Əlillərin hüquqsuzluğu sosial infrastrukturla təmin olunmamalarında , istehlakçı hüquqlarının tanınmamasında ,onlardan qanunsuz ödənişlərin tələb edilməsində açıq –aşkar üzə çıxır .Fikir verin , Bakının ortasında - Nərimanov rayonunda əlil və şəhid ailələri üçün dövlət sifarişilə tikilən evin kanalizasiyası ,rabitəsi ,qazı ,pandüsü ,“yaddan çıxıb” ,amma əlillərdən olmayan kanalizasiyaya görə “Azərsu” hər ay inhisarçı hökmranlığından yararlanaraq zorla ödəniş almağı ,”JEK” “xidmət haqqı” yığmadan arayış verməyi ,rabitə xidməti 120-200 manat arası haqq qarşlığında telefon çəkməyi ,qazın 4 ildən sonra verilməsinə görə NK-nın müvafiq qərarına görə işıq pulunun yarı qiymətə olmalı olduğu halda , zorla tam həcmdə tutulması “yaddan çıxmır” ! Özbaşınalığa baxın :ƏLİLƏ DÖVLƏTİN TİKDİYİ EVİN PANDÜSÜ ,KANALİZASİYASI “YADDAN ÇIXIB”! Elə bil ev əlilə yox , evi zəbt edənlərə uyğunlaşdırılıb !
Nə isə ...Təp-təzəsi olan yerdə köhnə palan içi sökməyək . Əlillərin istehlakçı hüquqlarını xidmət qurumlarının pozması günümüzün acı gerçəyidir .”Azəriqaz”, “Azərsu” əlillərin evlərinə qaz , su xətti çəkilməsi üçün qanuna ,qərara zidd olaraq texniki şərt verməkdən də imtina edir ! NK-nın ,bağlantılı dövlət orqanlarının - Energetika Nazirliyi ,Hesablama Palatasının (digər dövlət qurumları ya susur ,ya da İqtisadiyyat Nazirliyi kimi inhisarçılığın keşiyində durur) sözügedən xidmət qurumlarına qanunun aliliyini anlatması da sonuc vermir . “Azəriqaz” İB Bakıda “qazlaşdırılmış yaşayış məntəqələrində yerləşən hər hansı səbəbdən qazlaşdırılmamış ,sonradan tikilən fərdi yaşayış evlərinin qazlaşdırılması üçün İstehsalat Birliyinə maliyyə vəsaiti ayrılmadığını” , əlilin qaz sahəsində xüsusi lisenziyası olan podratçı tapıb (??), öz vəsaitilə qaz çəkməli olduğunu bildirib .Belə çıxır ,ayda 75 manat pensiyaya gözünü dikən əlil minlərlə manat verib özünə qaz çəkməlidir ? Belə “qaz xidmətilə” əlilin sosial infrastruktura ,qaz üzünə həsrət qalacağı bəlli olmur ? Hər xidmətçiyə əlil 75 manatlıq vəsaitindən ən azı 750 manat ödəniş etməkdə gücsüzdür axı ! Bəs qanun nə deyir ? “Qaz təchizatı haqqında” 30.06.1998 tarixli qanunun 13.1 maddəsinə görə , ENERGETİKA MÜQAVİLƏSİNƏ MÜVAFİQ OLARAQ QAZ PAYLAYICISI MÜQAVİLƏ ƏRAZİSİNDƏ YERLƏŞƏN İSTƏNİLƏN ŞƏXİN SİFARİŞİLƏ ONU QAZ ŞƏBƏKƏSİNƏ BİRLƏŞDİRİB TƏCHİZ ETMƏLİDİR ! Göründüyü kimi ,”Azəriqaz”ın nəinki əlildən ,istənilən vətəndaşdan qazlaşdırılmış –müqavilə ərazisində yerləşən evinin şəbəkəyə qoşulmasına görə ödəniş tələb etməsi qanuna ziddir . Ümumiyyətlə , sayğaca –qoşulma nöqtəsinə kimi bütün işlərin xidmət qurumunun üzərinə düşməsi qanunun tələbidir !Əlillərə gəldikdə isə “Əlillərin sosial müdafiəsi haqqında” qanunun tələbinə görə onlar kommunal xidmətlə pulsuz ,xidmət qurumlarının hesabına təmin olunmaları təsbit olunub .”Azəriqaz”ın ,eləcə də digər lərinin ”Qaz təchizatı haqqında” qanunun 13.12 maddəsində təsbit olunan ərazi planlaşdırılması aparılmayan ərazilərdə layihə və tikinti işlərinin istehlakçının seçdiyi podratçı və ya qaz paylayıcısı tərəfindən istehlakçının vəsaiti hesabına,dövlət sifarişi olduğu halda dövlətin hesabına həyata keçirilməsinə əsaslanıb əlildən əlini cibinə salmağı tələb etməsi də qanuna ziddir .”Əlillərin sosial müdafiəsi haqqında” qanunun 53 –cü maddəsində əlillərə tikilən obyektlərin MALİYYƏLƏŞDİRMƏ MƏNBƏLƏRİNDƏN ASILI OLMAYARAQ DÖVLƏT SİFARİŞİ TİKİNTİLƏRİNİN SİYAHISINA DAXİL EDİLMƏLƏRİ TƏSBİT OLUNUB .Yəni əlilin dövləti ziyana salmayıb öz maliyyəsilə özünə tikdirdiyi obyekt ,ev dövlət sifarişilə tikilən ev , obyekt sayılır .
“Əlillərin sosial müdafiəsi haqqında” qanunun 37-ci maddəsində əlillərin sosial infrastrukturla təmin olunmamasına görə dövlət büdcəsinə müfaviq məbləğin 20 faizi həcmində cərimə ödənilməsi və bu cərimənin idarə ,birlikləri üzərlərinə düşən işi görməkdən azad etməməsi də yazılıb .Bu sanksiyanı kim tətbiq etməlidir ? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi , İqtisadiyyat Nazirliyi ,ya ...? Bu qurumlar hələ ki ,susur .Hələ üstəlik İqtisadiyyat Nazirliyi inhisarçılıqla mübarizə ,istehlakçı hüququnu qorumaq əvəzinə ,təbii inhisarçı xidmət qurumlarının qanunsuzluqlarının keşiyində durur . Bu barədə növbəti yazılarımızda ...
Məğrur Bədəlsoy.
teref.az olaraq adları çəkilən strukturların fikirlərini işıqlandıra bil\ərik!
teref.az