Bakıda polis rəisinin oğlu maşını aşırıb, yaralananlar var

7-06-2017, 09:33           
Bakıda polis rəisinin oğlu maşını aşırıb, yaralananlar var
Bakının Xəzər rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 26 yaşlı Hacıyev Əli Etibar oğlu idarə etdiyi “Hyundai” markalı avtomobil ilə Zığ yolunda hərəkətdə olarkən sürət həddini aşıb və maşın idarəetmədən çıxaraq yolun kənarındakı yamacdan aşağı doğru aşıb.
Nəticədə sürücü Əli Hacıyev və avtomobildə olan 31 yaşlı sərnişin Nəsrullayev Şamil Mürsəl oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Avtomobil deformasiyaya uğrayıb.
Qeyd edək ki, Əli Hacıyev respublikanın rayon yol polisi şöbələrindən birinin rəsi olan Etibar Hacıyevin oğludur.
Faktla bağlı Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.