Zərdab-Mollakənd yolu nə zaman düzələcək - ŞİKAYƏT/FOTO

20-06-2017, 10:39           
Zərdab-Mollakənd yolu nə zaman düzələcək - ŞİKAYƏT/FOTO
teref.az-nun poçtuna daxil olan şikayət məktubunu sizə təqdim edirik:
Zərdab rayon sakinləri tərəfindən

ŞİKAYƏT

Zərdab-Mollakənd yolu 20 min nəfərdən çox əhalinin yaşadığı 16 kəndi əhatə edir və ümumi uzunluğu 43 kilometrdir. Bu yolun tikintisi üçün dövlət büdcəsindən ayrılmış küllü miqdarda vəsait mənimsənildiyindən 2013-cü il tarixdə tikilən bu yol dağılaraq tam yararsız vəziyyətə düşmüşdür.Bu yolun tikintisini Xəqani Kazımovun rəhbərlik etdiyi Azəryolservis ASC-nin 71 saylı Yol İstismarı İdarəsi həyata keçirmişdir.Xəqani Kazımov hazırdı Dəmir Yolu QSC-nin sədri Cavid Qurbanovun müavinidir.Görünür talançılıq bacarığına görə Cavid Qurbanov onu özünə müavin təyin etdirmişdir. Xəqani Kazımovun talançılığı nəticəsində sakinlər əziyyət çəksədə övladları kef-damaq içində yaşayır.Onun oğlu Səbail rayon prokurorluğunun əməkdaşı olan Vüsal Kazımov bahalı avtomobilərin kolleksiyası xəstəsidir. Həmin bahalı avtomobillər Zərdab-Mollakənd yolunda hərəkət etsə dərhal xarab olar. 43 km uzunluğu olan Zərdab-Mollakənd yolunun yararsız hala düşməsinin səbəbkarı olan Xəqani Kazımovun talançılıq əməllərinin araşdırılmasına zərurət var. biz Zərdab rayon sakinləri həmin rayonun deputatı olan Jalə Əliyevadan xahiş edirik ki, bir dəfə Zərdaba həmin yolla gəlsin və tədbir görülməsi məsələsini Milli Məclisin iclasında qaldırsın. Zərdab rayonunun deputatı Jalə xanım yolunuzu gözləyirik.

Rəfiyev Faiq Soltan oğlu
Abbasov Adil Qadir oğlu
Qasımov Nazim Oruc oğlu
Məmmədov Abdulkərim Hüseyn oğlu
Paşayev Kərim Lazım oğlu



















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.