İlyas Səfərovdan Meşə-Meliorasiya İdarəsində yeni tender “əməliyyatı”

21-10-2017, 11:31           
İlyas Səfərovdan Meşə-Meliorasiya İdarəsində yeni tender “əməliyyatı”
Şirvan Meşə-Meliorasiya İdarəsi müdiri İlyas Səfərov tenderlərin pul silir

Bu haqda Palitika.Az-ın əldə etdiyi məlumatda İ.Səfərovun özünə yaxın təşkilatlar tapdığı qeyd olunur.

İdarə müdiri həmin firmaları tenderdə qalib elan edərək dövlət büdcəsini yarıbayarı bölüşdürür. Bu maxinasiyalar ona düşərli olub və İ.Səfərovu daha da varlandırıb.

Yuxarı Qarabağ Kanalı İdarəsinin müdiri işləyəndə maddi resurslarını artıran İ.Səfərova yeni işi daha da çox pul qazandırır.

Onun “gözdən uzaq, könüldən iraq” fəaliyyəti diqqət mərkəzindən kənarda qalıb deyə yeyinti və korrupsiyanı arxayın şəkildə reallaşdırır.

Meşə Melorasiya idarələrinin əsas funksiyaları meliorasiya olunmuş suvarılan sahələrdən duzlu qrunt sularının ikinci və birinci dərəcəli kollektora axıdılmasını, eləcə də meliorasiya və irriqasiya obyektləri boyunca qoruyucu meşə zolaqlarının salınmasını həyata keçirtməkdir.

Balanslarındakı üçüncü dərəcəli ilkin drenlərin və ikinci dərəcəli kollektorların, onların üzərindəki qurğuların istismarı, təmiri və təmizlənməsi, eləcə də yaradılmış meşə zolaqlarının suvarılması, becərilməsi, yanğından və ziyanvericilərdən qorunmasıdır.

Aydın məsələdir ki, bu İlyas Səfərov kimi məmur üçün gəlirli sahədir. Çünki hər il bu işlərə dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır. Bu qədər vəsaitin olduğu sahədə yeyinti hallarının da total şəkil alacağı şübhəsizdir.

“Monolit”, “Nicat SK”, və “İlqar” MMC-lərin udduğu tenderlər, bu şirkətlərin kimə məxsus olması ortalığa çıxıb. Bu şirkətlərin İ.Səfərovun nəzarətində olduğu aydınlaşıb.

Palitika.Az-ın əldə etdiyi məlumatda İ.Səfərov orta ranqlı məmur hesab olunur. Amma onun sürətlə varlanıb oliqarxlaşması yuxarıların da diqqətindədir.

Bir müddət əvvək pulun çoxluğundan icra başçısı olmaq eşqinə düşmüş idarə müdirinə işi ilə məşğul olmaq məsələhət görülüb. Hətta Gəncənin icra hakimi Elmar Vəliyev də onu danlamışdı.

Vəzifələri kreslo-kreslo gəzən İ.Səfərov karyera yüksəlişi yaşadığını hiss edir və yaxın çevrəsində bəyan edib ki, qarşıdakı aylarda daha böyük bir vəzifəyə gedəcək.

O, icra başçısı olmaq eşqinə düşüb və rayonlardan birinə rəhbər gedəcəyini söyləyib. İ.Səfərov arxayın şəkildə deyib ki, yaxın zamanlarda onu təbrik edəcəklər və hazırda icra başçısı olmaq üçün dəridən-qabıqdan çıxır. Bu təyinatın nəyə borclu olduğunu deyə bilmərik.

Lakin onu bilirik ki, Yuxarı Qarabağ Kanalı İdarəsinin müdiri olan zaman bir sıra yeyintilərə yol vermiş birinin belə mühüm vəzifəyə təyin ediləcəyi müəmmalıdır. Üstəlik, onun adı oğlu ilə də qalmaqalda hallanıb.

Oğlu Vüqar Səfərov “Hyundai Tucson” markalı avtomobili Bakı-Qazax avtomobil yolunun Yevlax ərazisində hərəkət edərkən sürətlə qarşıdan gələn “Lada 2107» ona çırpılıb.

Hadisə nəticəsində Ləzgiyev Ceyhun Novruz oğlu dünyasını dəyişib. Oğlunun içkili olduğu yazılmışdı. Özü isə bu iddiaları təkzib etmişdi.

Onun mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.