Ziya Məmmədovun adı qalmaqallı İran sənədlərində: Prezident Trampın qızı ilə sabiq naziri bağlayan gizli əlaqə və pul - MƏTN
21-10-2017, 21:33

“The New Yorker” dərgisinin bugünkü nömrəsində ABŞ prezidenti Donald Trampın İranla əlaqəsindən bəhs edilir. Analizdə diqqətçəkən məqamlardan biri də bu əlaqədə Azərbaycanın sabiq nəqliyyat naziri Ziya Məmmədov və onun ailəsinin adının hallanmasıdır.
Cebhe.info məqalənin tərcümə variantını təqdim edir:
“Ötən həftə Ağ Evdə keçirilən görüşdə Donald Tramp İranı nüvə müqaviləsini ləğv etməklə təhdid edib. O bildirib ki, İranın Yaxın Şərqdə mövqeyini zəiflətmək üçün bir strateji plan hazırlayıb. Bu planın bir qismi İranın İnqilab Keşikçiləri Korpusuna sanksiyalar tətbiq etmək haqdadır. ABŞ-lı rəsmilər bildirib ki, İranın Xəzinə Departamenti həmçinin bir neçə gizli İran şirkətini (bir Çin şirkəti) dəstəkləyərək onları istiqamətləndirir, Tehranın mücadiləsinə yardımcı olur, terrrorizmi maliyyələşdirir, kütləvi qırğın silahları hazırlayır. Lakin deyilməyən, açıqlanmayan məqamlardan biri də budur ki, Tramp Administrasiyası İran firmalarına sanksiya tətbiq etməyib. Hansı ki, onların Tramp Administrasiyası ilə yanaşı, həm də İranın İnqilab Keşikçiləri Korpusu ilə də ikili müqavilələri var. On illərdir davam edən qlobal sanksiyalara cavab olaraq İranın İnqilab Keşikçiləri Korpusu 100-lərlə gizlin şirkətlər yaradıb. Onlar boş şəbəkədə (netvork) çalışaraq “mühafizə korpusçuları”na İrana gizli yolla pul daxil etmək və burdan eyni yolla pul çıxarmağa icazə verib. Bununla da kütləvi silahlar üçün önəmli hissələrin satın alınmasına şərait yaradılıb. Bu şirkətlər İranın İnqilab Keşikçiləri Korpusunun tikinti, yaxud mühəndislik şirkətləridir. Onlar müstəqil şirkət kimi fəaliyyət göstərsələr də, adıçəkilən korpusun rəhbərliyi altındadırlar”.

Məqalədə adı hallanan “Azərpasillo”nun rəhbərləri ABŞ-lı yetkililər tərəfindən İranın İnqilab Keşikçiləri Korpusunun pullarını "yuyan" tərəf adlandırılıb. “Azərpasillo”nun digər maraqlı əlaqəsi isə sabiq Nəqliyyat Nazirliyinin rəhbəri Ziya Məmmədovun ailəsi ilə bağlıdır. Bildirilir ki, vəzifədə olduğu dönəmlərdə, xüsusən də 2011-2016-cı illərdə Məmmədovlar ailəsi Donald Trampla da işbirliyi qurubmuş.
“Prezidentin qızı İvanka Tramp Ziya Məmmədov və onun ailəsinin əlaqəsini nəzarətə alıb. O şəxsi- Ziya Məmmədovu amerikan diplomatlar "Azərbaycan üçün rəsmi korrupsioner" (“notoriously corrupt even for Azerbaijan”) adlandırıblar. Hələ mart ayında “The New Yorker” dərgisi Trampın dolayı yolla İranın İnqilabi Korpusu ilə əlaqəsinin olması haqda yazmışdı. Daha sonra bir neçə administrator da bu haqda bəzi detalları açıqlamışdı. Onlar ümid edirdilər ki, Tramp Administrasiyasının Məmmadovlar ailəsindən 5 milyon dollardan daha artıq vəsait əldə etməsi ilə bağlı məlumatları öyrənəcəklər. Bu pulları Məmmədov İranın İnqilab Keşikçiləri Korpusundan əldə edib. Uzun müddət bununla bağlı hər hansı cavab gəlmədi. İrana qarşı sərt mövqedə dayanan bir neçə respublikaçı Tramp Administrasiyasının bu korpusla əlaqəsi haqda şərh verməkdən imtina etdi. Tramp Administrasiyasından bir şəxsin İrana yardım etmək üçün müxtəlif yollar axtardığını düşünmək üçün hansısa səbəb yoxdur. Trampın ən yüksək rütbəli vəkillərindən biri olan Jason Qrinblatt Mammədovla olan əlaqələri nəzarətə alıb. Yəhudi olan Qrinblatt həm də İsrailin mövqeyini dəstəkləyən və İrana qarşı əks mövqedə dayanan antaqonist kimi tanınır”.
Məqalədə daha sonra yazılır:
“Azərpasillo” veteranlar tərəfindən idarə edilən nəhəng şirkətlərdən biridir. İran daxilindəki işlərin çoxu Xətam Əl Anbia tərəfindən idarə olunan layihələrlə gerçəkləşib. Bu şirkət qonşu Azərbaycanda magistral yol çəkmək üçün bir müqavilə də imzalayıb. ABŞ-lı rəsmilər bunun Ziya Məmmədovun vəzifə dönəmində olduğunu söyləyir. Eyni zamanda Məmmədovun oğlu və qardaşı ölkənin ən yeni magistral yollarından birinin kənaırnda hotel və bir qüllə inşa etmək üçün Trampla müvaqilə də bağlayıb. Trampın vəkili Qrten 2015-ci ildə Məmmədov ailəsinin “Azərpasillo” ilə “möhtəşəm əlaqəsi”nin olduğunu öyrənib. Lakin Tramp Administrasiyası bu mövzuda susmağı daha üstün tutub”.
