Daşkəsəndə şok görüntülər - Uşaqlar tövlədə dərs keçir
31-10-2017, 00:50
Azərbaycanda kifayət qədər yeni məktəblər, təhsil mərkəzləri tikilsə də, təmirə ehtiyacı olan məktəblər də qalmaqdadır.
Femida.az-a Daşkəsən rayonunun Şadax kəndində yerləşən qəzalı vəziyyətdə olan məktəb binasının fotoları daxil olub. Məlumatda qeyd olunur ki, 70 saylı məktəbdə Kəlbəcər rayonundan olan məcburi köçkün ailələrinin övladları təhsil alır. Vətəndaşların iddialarına görə, uşaqların təhsil aldığı bu məktəb əvvəllər tövlə olub.