Ağsu RİH başçısı Ənvər Seyidəliyevin bu əməli ailə dağıdır - Ceyhun Abdalov prezidentdən kömək istəyir
4-11-2017, 21:12

Mətbuatda vaxtaşırı müxtəlif dövlət məmurlarının yol verdiyi qanun pozuntuları, özbaşınalıqlar barədə məlumatlara rast gəlinir. Eyni zamanda, oxuduqlarımızla yanaşı, istənilən dövlət orqanına hər hansı bir məsələ ilə əlaqədar müraciət etdikdə də ən azından “şirinlik” anlayışının mövcudluğu ilə bir daha rastlaşırıq. Bəzən isə daha ağır nəticələrə gətirib şıxaran hallar da mövcuddur. Vətəndaş Ceyhun Abdalovun E-gazet.org saytına ünvanladığı müraciətində deyilənlər kimi...
Məmur özbaşınalığının miqyasını müəyyən qədər ifadə etmək üçün vətəndaş Ceyhun Abdalovun müraciətindən bir hissəni nəzərinizə çatdırırıq: “...Gedərkən Yeni Yasamalda kirayədə qaldığımız evdə gizli kamera quraşdırdım. 2 gün sonra hər ikisini Biləcəridə qırmızı rəngli VAZ 2107 markalı avtomobilə oturub, Yasamal istiqamətində hərəkət etdiklərini gördüm. Ənvər Seyidəliyevin əynində idman forması, başında isə idman papağı vardı. Həyat yoldaşım və Ağsu RİH başçısı Ənvər Seyidəliyev Yeni Yasamalda kirayə qaldığımız evə getdilər...
...Bu hadisədən 1 il sonra övladımla görüşdüyümü öyrənən Ənvər Seyidəliyev yol gedərkən mənim avtomobilimi qəzaya uğratdı...
...Mən bütün qohumlar, tanıyanlar arasında rüsvay olmuşam. Ağsu RİH başçısı Ənvər Seyidəliyevin etdiyi hərəkətlər isə heç bir nə mənəvi, nə də dünyəvi qanunlara sığmır. Tək əlacım intihar etmək, bu rüsvayçılıqdan qurtarmaqdır. Ancaq bütün olanları olduğu kimi möhtərəm prezident İlham Əliyev cənablarına, həmçinin birinci vitse-prezident Mehriban xanım Əliyevaya da yazacam. Qoy onlar inanıb bir rayonun idarəsini həvalə etdikləri Ənvər Seyidəliyevin nələrlə məşğul olduğundan xəbər tutsunlar.”
Müraciətlə bağlı qarşı tərəfin münasibətini öyrənməyə çalışdıq. Lakin Ağsu RİH aparatından cavab ala bilmədik və RİH başçısı Ənvər Seyidəliyevlə əlaqə saxlamaq mümkün olmadı. Ağsu RİH və cənab Ənvər Seyidəliyevdən cavab ala bilmədiyimiz halda deyilənlərlə bağlı araşdırma aparmaq, vətəndaşın müraciətində yazılanların nə dərəcədə həqiqətə uyğun olduğunu öyrənmək qərarına gəldik. Yaxın zamanda araşdırmanın nəticələrini diqqətinizə təqdim edəcəyik.
Azerinews.org