İcra başçısının dövlətdən aldığı maşının sənədləri itib - AA 114
6-11-2017, 08:35

“Hundai ix 35” markalı avtomobil xeyli vaxtdır ki, Vidadi İsayevin ailəsinin idarəçiliyindədir
Bərdə rayon icra hakimi Vidadi İsayevin başına iş gəlib. Palitika.Az-a verilən xəbərə görə, icra başçısının xanımın idarə etdiyi 09 AA 114 dövlət nömrə nişanlı “Hundai ix 35” markalı avtomobilin sənədləri itib. Bu da ciddi gərginliyə və mübahisəyə səbəb olub. əmin avtomobilin sənədlərinin hardan və hansı şəraitdə itməsi yaxud oğurlanması, cırılması ilə bağlı heç bir səhih informasiya yoxdur. Lakin Bərdə camaatı arasında yayılan xəbərə görə, V.İsayev məsələdən agah olan kimi bərk qəzəblənib və buna görə ailə üzvlərini də danlayıb. Avtomobilin sənədlərinin yerini təsbit etmək üçün axtarışlar davam etdirilir. Hətta Bərdə RİH-də Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zaur Bəylərov icra başçısının hadisədən möhkəm qəzəbləndiyini gördüyü üçün camaat arasında soraq salıb. Z.Bəylərov avtomobilin sənədlərini tapan şəxsə 300 manat bəxşiş də vəd edib. Ona görə də Bərdədə bir xeyli adam səfərbər olaraq maşının sənədlərini tapmaq üçün əl-ayağa düşüblər.
Onu da deyək ki, həmin maşını icra başçısı “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yerli şöbəsindən qamarlayıb. Əslində, ASC-nin yerli idarəsind xidməti maşın kimi fəaliyyət göstərməli imiş.
Bərdə Rayon Suvarma Sistemlər İdarəsinə məxsus olan 09 AA 114 dövlət nömrə nişanlı “Hundai ix 35” markalı avtomobil xeyli vaxtdır ki, V.İsayevin ailəsinin idarəçiliyindədir. Bərdə Rayon Suvarma Sistemlər İdarəsinin sabiq rəisi Namiq Əhmədov xidməti avtomobili V.İsayevə vermək məcburiyyətində qalıb. İddialara görə, icra başçısı idarə rəhbərindən tələb edib ki, həmin maşını Yevlaxa aparsın. İcra başçısının həyat yoldaşı Yevlax Rayon Arxi İdarəsinin direktoru vəzifəsində çalışır və N.Əhmədovun həmin maşını onun ixtiyarına verdiyi bildirilir.
İddialara görə, icra başçısı ASC-yə məxsus xidməti maşını xanımına bağışlayıb və hətta V.İsayevin oğlu Yevlaxda vaxtaşırı bu maşınla “avtoş”luq da edir. Ola bilsin ki, sənədlərin itməsində onun da məsuliyyəti var.
Bu məlumat Bərdə rayonuda dillərdə dolaşır. Yerli sakinlər V.İsayevin əməlini müzakirə edirlər. N.Əhmədovun isə onun təlimatını yerinə yetirməsinin səbəbi kimi sərbəst fəaliyyət göstərə bilməsi qeyd olunur.
Əhmədzadənin kadrı rayonda icra başçısının onu gözümçıxdıya salmadan işləyə bilməsi üçün əmrinə boyun əyib. Bu hadisə Azərbaycanda ilkdir və heç bir icra başçısı başqa dövlət qurumuna məxsus xidməti maşını ələ keçirməmişdi.
teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
teref.az