Müasir zamanların ən böyük xəyanət hekayəsi və Fələstinin taleyi - Araşdırma
4-01-2018, 00:02

Fələstin məsələsinin niyə bu qədər əlacsız qaldığını, İsrailin hər dəfə torpaqlarını necə genişləndirə bildiyini, Fələstin daxilində birliyin niyə təmin olunmadığını Dahlanın on illərlə apardığı fəaliyyətlərinə baxsaq, anlamaq olar. Dahlanın hekayəsi illər sonra həyatını itirən yüz minlərlə insan, həbslərdə çürüyən milyonlar, ətrafı divarlarla hörülmüş və hər yeri işğal edilmiş bir ölkənin taleyindən danışır. 2003-cü ilin iyul ayında ABŞ prezidenti Corc Buşun təşəbbüsü ilə İordaniyanın Əqəbə şəhərində İsrail-Fələstin sülh danışıqları baş tutdu. Fələstini baş nazir Mahmud Abbas, İsraili isə Ariel Şaron təmsil edirdi. Görüş zamanı Fələstin rəhbərliyinin təhlükəsizlikdən məsul olan ən yüksək səviyyəli rəsmisi Məhəmməd Dahlandan İsrailin işğal altındakı Fələstin torpaqlarındakı məskunlaşmaların təhlükəsizliyi haqqında təqdimat keçirməsi istənilmişdi. Dahlan təqdimatına başlayarkən ABŞ prezidenti Corc Buş tərəfindən susdurulub. İştirakçıların çaşqın baxışları arasında Buşun ağzından bu sözlər çıxdı: "Burada dayanarıq. Tək istədiyim gözlərinə baxmaqdı, sənə güvənirəm. Sənə Ariel Şarona inandığım kimi inanıram". Xan Yunusda qaçqın düşərgəsində dünyaya gələn Dahlanı, 1982-ci ildə Sabra və Şatilla qaçqın düşərgələrinə hücum edərək, qadın, uşaq, gənc, qoca olmasına baxmayaraq silahsız dörd mindən çox insanı qətlə yetirən Arial Şaron ilə eyni dərəcədə etibarlı edən xüsusiyyəti nə idi? Məhəmməd Dahlan, 1961-ci ildə Qəzza zolağının cənubunda yerləşən Xan Yunus qaçqın düşərgəsində kasıb bir ailənin altı uşağından ən kiçiyi olaraq dünyaya gəlib. "Fəth" təşkilatının gənclər hərəkatının öndərlərindən olub. 1980-cı illərdə İsrail tərəfindən dəfələrlə həbs olunub. Bu həbslər sayəsində Fələstin siyasətində məşhurlaşıb. Məhbus olduğu dövrdə İbrani dilini öyrənib. Daha sonra Qəzza İslam universitetində və İngiltərədə yerləşən Kembric universitetində ingilis dili təhsili alıb. 1987-ci ildə 1-ci Fələstin intifadasında öndə gələn şəxslər arasında olub. Sonra sürgünə göndərilib. Əmman, Bağdad, Qahirəyə gedib. Liviya və Tunisdə bir müddət yaşayıb. Bu dövrlərdə Qərb kəşfiyyat orqanları ilə yaxın əlaqədə olub. 1994-ci ildə Qərb kəşfiyyatının gizli nümayəndəsi kimi Fələstinə geri qayıdıb. Karyerası Dahlan, Fələstinə qayıtdıqdan sonra karyera pillələrini çox sürətlə qalxıb. Fələstin muxtar hakimiyyətin formalaşdırılmasından sonra "Qoruyucu Təhlükəsizlik Birliyi"nin Qəzza üzrə sədri olub. Bu dövrdə Dahlan, işgəncələri ilə qəzzalılar arasında məşhurlaşıb. Minlərlə polisi və silahlı adamları ilə Qəzza artıq Dahlanistan kimi xatırlanırdı. Dahlanın işgəncələri nəticəsində onlarla fələstinli həyatını itirib, çox sayda insan şikəst qalıb. Fələstinlilərə qarşı həbslər elə bir yerə çatmışdı ki, sanki İsrail ilə yarışırdı. 1996-cı ilin fevral ayında başladığı həbs kampaniyası, öz deyimi ilə desək, İsrailin 1967-ci ildə Qəzzanı işğal etməsindən bəri keçirilən ən genişmiqyaslı həbs kampaniyası idi. 2004-cü ildə Ərəfatın etirazlarına baxmayaraq, Mahmud Abbas hökumətində Daxili İşlər Nazirliyinə cavabdeh dövlət naziri olub. Ərəfat ilə Abbas arasında münaqişə belə bir nazirlik formulunu ortaya qoymuşdu. 2004-cü ilin noyabr ayında Ərəfat öldü. 2006-ci ildə isə Fələstin parlament seçkilərində HƏMAS böyük fərqlə qələbə əldə etdi. İllərlə HƏMAS ilə ən sərt şəkildə mübarizə aparan Dahlanla HƏMAS rəhbərliyindəki qəzzalılar üçün bundan sonra yeni bir dövr başladı. 2007-ci ilə qədər HƏMAS ilə "Fəth" arasında münaqişələr dayanmaq bilmirdi. Dahlanı Səudiyyə kəşfiyyatı deşifrə edir "Tarixin ən ağır problemlərindən birini həll etmək üçün bir araya gələn nümayəndə heyətləri, aralarında münaqişə yarananda Səudiyyə rəhbərliyinə baxırdılar və davranışlarında yumşalma baş verirdi". Səudiyyə Ərəbistanı kralı Abdullah, 2007-ci ildə imzalanan müqavilə mərasimindəki nitqində, öz sarayı əl-Səfada bir araya gətirdiyi HƏMAS və "Fəth" liderlərinin necə anlaşdıqlarını bu cümlələrlə izah edirdi. Müqavilənin imzalandığı axşam böyük salonda, nümayəndə heyətlərinin daxil olmasına baxmayaraq bir nəfərin yoxluğu diqqət çəkirdi. O şəxs Fələstin Təhlükəsizlik naziri Məhəmməd Dahlan idi. Dahlan danışıqlar davam edərkən İsrail Xarici İşlər Nazirliyindən bir nəfərlə telefon danışıqları aparmış və müqavilənin məzmununu davamlı olaraq İsrailə sızdırırmış. Dahlana İsraildən zəng edən şəxs isə "Fəth"dən olan millətvəkili və keçmiş nazir Kaddura Faris idi. Faris, bu müqaviləni İsrailin qəbul etməyəcəyini, Dahlanın da buna cavab olaraq, müqavilənin daha sonra pozula biləcəyini dediyi sözləri Səudiyyə kəşiyyatı üzə çıxarmışdı. Ancaq bu müqavilə Dahlanın keçmiş nazirə dediyi kimi uzunömürlü olmadı. Martda yaradılan hökumət, iyunda Mahmud Abbasın Qərbi İordan və Qəzzada fövqəladə vəziyyət elan etməsi ilə sona çatdı. Müvəqqəti hökumət təyin olundu və Qəzza tamamilə HƏMAS-ın nəzarətinə keçdi. Ən böyük kəşfiyyat böhranı Hökumət dağıldıqdan sonra HƏMAS üzvləri, Qəzzada "Fəth" təşkilatının nəzarətindəki Kəşfiyyat Qərargahını əl keçirdi. İsrail kəşfiyyat mənbələri, Misir xüsusi xidmət orqanlarına dərhal məlumat verib və HƏMAS-ın bunu yayması vəziyyətində əsrin böyük fəlakəti olacağını bildirdi. Misirə göndərilən bu dəlillər HƏMAS-ın ələ keçirdiyi sənədlərin nə dərəcədə əhəmiyyətli olduğunu göstərirdi. Əl-cəzirə bu sənədləri dünya ictimaiyyətinə çatdırmağa qərar verdi. 1600-dən çox sənəd Fələstinin xəyanətlərlə, işgəncələrlə, tələlərlə dolu gizli siyasi həyatını əks etdirirdi. Səs qeydləri elektron poçtlar, xəritələr, gizli görüşlərdən qeydlər, yüksək məbləğli pul köçürmələrinin sənədləri, strategiya sənədləri və məruzələrdən ibarət olan bu sənədlər 1999-cu ildən başlayan prosesi əhatə edirdi. Ələ keçirilən sənədlər, Məhəmməd Dahlanın İsrailin xarici kəşfiyyatı ilə birgə əməliyyatlarını, İsraillə birgə işləyən fələstinli rəsmilərin adlarını, silah və qara pul transferindən ibarət idi. Eyni zamanda, Yasir Ərəfatın Dahlan tərəfindən zəhərlənmə hadisəsi bunlardan ən vacibi idi. Mahmud Abbas 2014-cü ildə Ərəfatın, Dahlan tərəfindən zəhərləndiyini ictimaiyyətə açıqlayıb. Daxili işlər Naziri Dahlan ilə bağlı sənədlər bununla da məhdud deyil. HƏMAS-a qarşı Dahlanın şəxsən idarə etdiyi işgəncə izləri olub. "Fəth" liderləri, komandirləri ilə Mossad Kəşfiyyat Xidmətinin və MKİ arasındakı əlaqələri ortaya qoyan saysız-hesabsız sənəd verib. Bundan başqa, çox sayda HƏMAS-dan olan siyasətçiyə qarşı sui-qəsdlərlə bağlı məlumatlar əldə edilib. İsrail kəşfiyyatçılarının dediyi kimi, bu günə qədər ələ keçirilən ən böyük kəşfiyyat bazası deşifrə olmuşdu. Sənədlər arasında Dahlanın İsrail Xarici İşlər Naziri Mofaza göndərdiyi məktub, ictimaiyyətin də diqqətini çəkmişdi. Məktubda İsraillə birlikdə yaşamaq düşüncəsini qəbul etməyənlərin kökünün qurudulacağını, Fələstin parlamentindəki çox sayda naziri təşviq və ya şantajla özünə çəkməyi bacardığını yazan Dahlan "Prezident Corc Buşun qarşısında verdiyim sözləri yerinə yetirmək üçün həyatımı verməyə hazıram" - demişdi. Dahlan, Buşa bu sözü yəqin ki, yazının əvvəlində dediyim İordaniya toplantısında vermişdi. Bu sənədlər Fələstin-İsrail danışıqlarının necə sabotaj edildiyinin və hamısının İsrail rejiminin xeyrinə nəticələndiyinə çox açıq sübutu idi. Dahlan və adamlarnıın İsrail Sahil Təhlükəsizlik Qüvvələri ilə dəniz yolu ilə Qəzzadan Misirin Əl-Ariş bölgəsinə qaçdığı iddia edilib. Bu qrupun içərisində Dahlanın olduğu İsrail tərəfindən inkar edilib. Ancaq həqiqət odur ki, o da aralarında "Ölüm Dəstəsi" kimi tanınan və Həmas üzvlərinin aradan qaldırılması vəzifəsini icra edən qrupun dəstəbaşı Atif Bəkrin də yer aldığı Dahlanın ən əhəmiyyətli 97 adamı bu şəkildə Qəzzadan qaçırılmışdı. Qlobal əməliyyatlar dövrü Məhəmməd Dahlan o gündən sonra müxtəlif ölkələrdə yaşamağa başlayıb. Son olaraq, Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd bin Zahidin müşaviri olub. Məhz bu prosesdən sonra Dahlanın siyasi addımlarıda genişlənib. Artıq təkcə Fələstin deyil, eyni zamanda aralarında Türkiyənin də olduğu, Misir, Qətər, Liviya kimi bir çox ölkədə siyasi əməliyyatlar həyata keçirməyə başlayıb. BƏƏ-nin bölgədəki bütün əməliyyatlarını aparan insan kimi tanınır. Dahlan, son bir neçə ildir ki, BƏƏ-nin maliyyələşdirdiyi çox sayda media orqanı vasitəsilə aralarında Türkiyə və Qətərin da olduğu bir çox ölkə əleyhinə kampaniya aparır. Təkcə media deyil, ictimai təşkilatlar, vətəndaş cəmiyyəti və siyasi hərəkatları maliyyələşdirərək dövlətlərə qarşı əməliyyatlar həyata keçirir. Misir çevrilişində BƏƏ-nin Sisiyə olan dəstəyinin arxasında olan Dahlan, Mursi hakimiyyəti boyunca media və maliyyə gücünü istifadə edərək Müsəlman Qardaşları Təşkilatını etibarsızlaşdırma və Mursini devirmək planlarını həyata keçirib. Beləliklə Fələstin məsələsində, Misirin də dəstəyini qazanmaqğı planlaşdırırdı. Həm Qəzzanı bolkada da saxlamaq və həm də Həması məğlub eymək istəyirdi. Qətərə qarşı olan blokadanın memarlarından birinin, Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi ilə əlaqəsi olduğuna görə Dahlan olduğu məlumdur. Qətərin xüsusilə Həmas liderlərini qəbul etməsi, Müsəlman Qardaşlarını dəstəkləyən siyasət yürütməsi, əl-Cəzirə televiziyasının bir çox sahədə BƏƏ-İsrail ilə tərs mövqe tutması və 2007-ci ildə deşifrə olunan kəşfiyyat sənədlərini yayımlayaraq həm Dahlanı həm İsraili çətin vəziyyətə salması bu əməliyyatın bir neçə qolundan biri idi. Dahlanın Qətəri sıxışdırma strategiyalarını ABŞ beyin mərkəzləri ilə birlikdə yürüdməsi BƏƏ-nin ABŞ səfiri Uteybənin mediaya sızan elektron məktublarından məlumdur. Bu yazışmalarda danışılan maddələrin hamısı daha sonra Qətər blokadası, sonra isə Səudiyyə rəsmilərinin ağzından blokadanın qalxmasına qarşı şərtlər kimi oxundu. Türkiyədə 15 iyulda dövlət çevrilişinə cəhddə Dahlanın da adı hallanır. Onun FETÖ ilə əlaqəsi olduğu bildirilir. 2015-cilin dekabr ayında yəni 15 iyul Türkiyədə dövlət çevrilişdən öncə Dahlanın Əbu Dabidəki ofisində, media dünyası və siyasətçilərdən ibarət olan şəxslərlə gizli görüşlər keçirdiyi bildirilir. Bu iclaslarda Dahlan və qrupunun eynilə Mursinin devrilməsi prosesində baş verənlərin bənzərini Ərdoğan üçün həyata keçirməyi planlaşdırdıqlarını yenə BƏƏ-nin Vaşinqton səfiri Uteybənin deşifrə ounan elektron məktublarından oxuyuruq. 2016-cı il iyul ayının 30-da yəni çevrilişdən dərhal sonra Türkiyəni çox yaxşı tanıyan, İngiltərinin "The Guardian" qəzetinin keçmiş redaktoru Devid Hearst, baş redaktoru olduğu "Middle East Eye"-də bir məqalə dərc edib. 15 iyul dövlət çevrilişi cəhdindən bir neçə həftə əvvəl BƏƏ hökumətinin FETÖ-ya pul köçürdüyünü bildirib. Pul köçürməsi Məhəmməd Dahlan vasitəsilə edilib. Dahlanın Fətullah Gülənlə ünsiyyət qurmasına, ABŞ-da yaşayan fələstinli iş adamı yardımçı olub. Həqiqətən də 15 iyul çevrilişindən dərhal sonra Fətullah Gülən Dahlanın sahibi olduğu və BƏƏ tərəfindən maliyyələşdirilən və "Əl-Gad" kanalına müsahibə verib. Gülən-Dahlan əlaqəsini də sübut edən bu məqalədə Gülən Qərbin Türkiyəyə müdaxilə etməsini söyləyib. Gələcəyi qeyri-müəyyən Fələstin 2017-ci oktyabr ayında Dahlanın xeyli təsirli olduğu Misirin vasitəçiliyi ilə HƏMAS ilə "Fəth", 10 il sonra Qəzzanın Fələstin Rəhbərliyinə təhvil verilməsi məsələsində razılaşdı. Qəzzanın nəfəs almaq üçün yeganə şansı bu idi. Dahlan Qəzzanın vəziyyətini çox yaxşı bilir və bu çarəsizliyi öz siyasi gələcəyi üçün istifadə etməkdən çəkinmirdi. ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq elan etməsindən sonra Fələstinin vəziyyətinin necə olacağı qeyri-müəyyəndir. Ancaq bu günə qədərki prosesdə Fələstin məsələsinin necə bu qədər əlacsız qaldığını, İsrailin hər dəfə torpaqlarını necə genişləndirə bildiyini, Fələstin daxilində birliyin niyə təmin olunmadığını Dahlanın on illərlə apardığı fəaliyyətlərinə baxsaq anlamaq olar. Dahlanın hekayəsi bizə illər sonra həyatını itirən yüz minlərlə insan, həbslərdə çürüyən milyonlar, ətrafı divarlarla hörülmüş və hər yeri işğal edilmiş bir ölkə, blokadada nəfəs belə almayan şəhərlərin taleyinin necə hörüldüyünü danışır. /eastnews.org/